📖MİQ SERTİFİKASİYA KURİKULUM A.MƏMMƏDLİ✍️🏻
الذهاب إلى القناة على Telegram
MİQ və SERTİFİKASİYA imtahanı üçün kurikulumdan: 🌸 Məlumatlar 🌸 Gündəlik testlər 🌸 Səsli izahlar 🌸 İzaha uyğun testlər Digər kanalımız. https://t.me/a_memmedliBizimleAzerbaycan Kanal Miq və setifikasiyaya hazırlaşanlara dəstək üçün yaradılıb
إظهار المزيد1 848
المشتركون
لا توجد بيانات24 ساعات
-77 أيام
-730 أيام
أرشيف المشاركات
Mövzu:İnteqrasiya mövzunun,fənnin bir -biri və həyatla əlaqələndirilməsidir.3 növü var,fəndaxili,fənlərarası,fənnüstü 1.Fəndaxili inteqrasiya özü 2 yerə bölünür.Üfiqi və şaquli inteqrasiya.
1.Üfiqi inteqrasiya -eyni tədris ilindəmüxtəlif məzmun xətləri üzrə məzmun standartlarının bilik və bacarıq səviyyəsinin bir-biri ilə əlaqələnməsidir.
2.Şaquli inteqrasiya-fənn daxilində məzmun xətlərinin siniflər üzrə əlaqəsidir.
Fənlərarası inteqrasiya-məsələn ədəbiyyat və tarixin əlaqələndirilməsi,kimya ilə biologiyanın və s.
Fənnüstü inteqrasiya -həyatla əlaqələndirməkdir.Məsələn müəllim tərəfindən tapşırılan layihənin həyatda tətbiq olunması.
✅Təhsilverənlərin(müəllim) xidməti davranışları
1.Qanuna əsasən keyfiyyətli və səmərəli dərs vermək.
2.Əmək intizamına riayət etmək,üzrsüz səbəbdən işdən yayınmamaq
3.Rəhbərin qanunvericilik daxilində verdiyi əmrləri yerinə yetirilmək
4.Əgər Rəhbərin əmri qanun daxilində deyilsə,yazılı əsaslandırma ilə yuxarı rəhbərə təqdim edə bilər.
5.Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur
6.Korrupsiyaya imkan verməməli və barışmaz olmalıdır
7.Təhsilverən xidməti vəzifələrinin qərəzsiz icrası ilə bağlı məsələlərin qarşısını qətiyyətlə almalıdır.Nəzərdə tutulmuş məbləğdən yuksək hədiyyə bəxsiş almamalıdır.
8.Müəllim daim bilik və bacarığını inkişaf etdirməlidir
9.Azərbaycan ədəbi dilinin normalarına riayət etməlidir(yəni nalayiq sözlər istifadə etməmək)
10 Şagird üçün öyrədici ,dəstəkləyici,inkişafetdirici sağlam təhlükəsiz mühit yaratmalıdır.
11.Siqaret çəkməməlidir
12.Dövlət əmlakından maraqları naminə istifadə etməməlidir
✅Qeyd:Məntiqi,Tənqidi və Yaradıcı təfəkkür haqqında kanalda məlumat var.
✅Praktik təfəkkür real həyatda qarşılaşdığımız problemlərin həll olunması və bu yolda olan düşüncədir.
Uyğunlaşma,dəyişmə,mühitə təsir etmə bacarıqları formalaşır
Burada yanaşma realhəyati problemlərə əsaslanmalıdır,nəticəyönümlü olmalıdır,real düşünmə bacarığı olmalıdır,qərarvermə və əsaslandırma olmalıdır
✅Produktiv təfəkkür insanın problemi dərin şəkildə anlayaraq onu yenidən qurması,mənalı,işlək həll yolu tapmalıdır.
✅Abstrakt təfəkkür
Görülməyən,hiss edilməyən anlayışdır.(Mücərrəd)
✅Analtik təfəkkür hər hansı məlumatı parçalayıb,hissələrə ayırıb,analiz edib yekun qərara gəlmək.
✅Analtik təfəkkürün inkişafı üçün lazım olan bacarıqlar.
1.Hissələrə ayır
2.Müqaisə et,qarşılaşdır
3.Səbəb nəticə əlaqəsini müəyyən et
4.Sübutla düşün
5.Alternativ yolla izah et
✅Diqqət bir işə tam fikrini verərək yerinə yetirməkdir
❤️Saxlama-diqqət etdiklərimizi yadda saxla asaq onu yenidən tətbiq edə bilmərik,bu baxımdan saxlama xüsusi əhəmiyyət kəsb edir
Tətbiq əldə etdiklərimizi tətbiq edirik,icra etmək deməkdir.
❤️Motivasiya-Bir işi yerinə yetirmək üçün olan həvəsdir.
