cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Azad İran

"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur

إظهار المزيد
مشاركات الإعلانات
4 307
المشتركون
+424 ساعات
-177 أيام
+13030 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

00:10
Video unavailableShow in Telegram
🇮🇷 İranın Cavanrud şəhərində fəhlələri daşıyan avtomobil qəzaya uğradı: 1 nəfər öldü, 17 nəfər yaralandı Cavanrud şəhərinin Baniqulan bölgəsində 18 fəhləni iş yerinə aparan Nissan markalı pikapın Dena markalı avtomobilə toqquşması nəticəsində fəhlələr hamısı xəsarət alıb, onlardan biri isə həyatını itirib. 🔴 کشته و زخمی شدن ١٨ کارگر فصلی در حادثه رانندگی ▪️صبح روز جمعه هجدهم خردادماه ۱۴۰۳ در یک حادثه رانندگی در حوالی بانی‌گولان جوانرود، ١٨ کارگر فصلی کشته و زخمی شدند. #İran #Cavanrud #fəhlə #qəza
إظهار الكل...
1.23 MB
Photo unavailableShow in Telegram
🇪🇺 Avropa enerji bazarının 🇷🇺Rusiya qazından asılılığı əhəmiyyətli dərəcədə azalıb Avropa Komissiyasının yeni statistik hesabatları göstərir ki, Avropa İttifaqının enerji bazarında vəziyyət Rusiyadan hasil olunan enerji idxalından asılılığın azalması hesabına xeyli yaxşılaşıb. Hesabata görə, Avropa Birliyinin 27 üzvü Kremlin Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyadan qaz idxalını 71% azaldıb, 🇦🇿Azərbaycan və 🇺🇸 ABŞ-dan daha çox qaz alıb, eləcə də enerji mənbələrinin inkişafının sürətləndirilməsini kompensasiya edib. Azərbaycanın Avropa Birliyinə qaz satışı da 42% artımla 11,4 milyard kubmetrə çatıb. Qətər və Nigeriyanın qaz satışları da bir qədər yaxşılaşıb. #Azərbaycan #Avropa #qaz_satışı Kanala abunə olun
إظهار الكل...
Torontoda təyyarə havada ikən alışdı Torontodakı Pearson Beynəlxalq Hava Limanından havaya qalxan “Air Canada” aviaşirkətinə məxsus “Boeing 777” təyyarəsinin mühərriki yanıb. #Toronto #təyyarə
إظهار الكل...
10.16 MB
Photo unavailableShow in Telegram
🇮🇷 İranda prezidentliyə namizədlərin uyğunluğun yoxlanma müddəti uzadılıb Bu haqda İranın Konstitusiyanın İcrasına Nəzarət Şurası: "Prezidentliyə namizəd olmaq üçün qeydiyyatdan keçmiş insanların çoxluğu səbəbindən namizədlərin uyğunluğunu yoxlamaq vaxtı uzadılıb". انتخابات ریاست جمهوری #İran #prezident_seçkiləri Kanala abunə olun
إظهار الكل...
Photo unavailableShow in Telegram
🇮🇷 İranda qırmızı ətin yeni qiyməti Bazarda 810 min tümənə (32.78₼) qoyun budunun kiloqramı, kiloqramı 779 min tümənə (32.33₼) 10 kq-lıq qoyun cəmdəyi və 199 min tümənə (8₼) qoyun içalatı paylanır. 🔴 قیمت جدید گوشت قرمز اعلام شد ▪️ران گوسفندی با قیمت ۸۱۰ هزار تومان، بسته شقه گوسفندی ۱۰ کیلوگرمی با قیمت ۷۷۹ هزار تومان به ازای هر کیلوگرم و قلوه‌گاه گوسفندی با قیمت ۱۹۹ هزار تومان در بازار توزیع می‌شود. #İran #ət #qiymət_artımı
إظهار الكل...
Photo unavailableShow in Telegram
Türkiyə universitetlərində 23 minə yaxın iranlı tələbə təhsil alır Türkiyə ilə İran arasında ali təhsil sahəsində əməkdaşlıq müxtəlif səvoyyələr üzrə davam etdiyi halda Türkiyə son 10 ildə iranlı tələbələrin təhsil almağa ən çox üstünlük verdiyi ölkələr sırasındadır. Türkiyə Ali Təhsil Şurasının məlumatlarına əsasən, 2022-2023-cü tədris ilində Türkiyədə bakalavr, magistr və doktorantura səviyyələrində 22 min 632 iranlı tələbə təhsil alıb. 📍تحصیل حدود ۲۳ هزار دانشجوی ایرانی در دانشگاه‌های تورکیه #İran #Türkiyə #təhsil Kanala abunə olun
إظهار الكل...
01:04
Video unavailableShow in Telegram
İranın Pavə şəhəri yaxınlığında meşə yanğınları davam edir Pavə şəhərinin yaxınlığındakı meşəlik ərazinin 20 hektarı çərşənbə axşamından başlayaraq yanıb külə dönüb. Yanğın hələ də davam edir. Bölgənin çətin relyefli dağlıq ərazi olması və havanın küləkli olması yanğının qarşısını almağı mümkünsüz edib. (İSNA) جنگل‌های پاوه همچنان در آتش می‌سوزد #İran #meşə_yanğını Kanala abunə olun
إظهار الكل...
37.68 MB
Photo unavailableShow in Telegram
İstanbulda Türkiyə və İran XİN başçıları arasında görüş baş tutub İƏT D-8 (İslam Səkkizliyi) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kəni ilə görüşüb. Tərəflər iqtisadi və enerji sahələrində əməkdaşlıq, terrorizmlə mübarizə və regional əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər. Görüşdə Qəzza zolağı ətrafındakı vəziyyətə xüsusi diqqət yetirilib. (Tasnim) #İran #Türkiyə
إظهار الكل...
Photo unavailableShow in Telegram
İranda ərzaq inflyasiyası Dünya Bankı dünyada ərzaq inflyasiyası ilə bağlı hesabatında İranda 2024-cü ilin dördüncü ayında ərzaq inflyasiyasının 23,1% olduğunu açıqlayıb. 🔴 گزارش بانک جهانی از تورم مواد غذایی در ایران #İran #inflyasiya #qiymət_artımı #hesabat #Dünya_Bankı
إظهار الكل...
😱 1
Photo unavailableShow in Telegram
🇷🇺 Rusiya 🇮🇷 İran üzərindən Hindistana kömür ixracı planlaşdırır İRNA xəbər verir ki, 27-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu yüksək səlahiyyətli Rusiya rəsmilərinin Şimal-Cənub Dəhlizinin imkanlarından istifadə haqqında açıqlaması ilə müşayiət olunub. Rusiya kömürünün ixrac yükünün bu marşurutla İran və Bəndər Abbas limanı üzərindən gəmi ilə Hindistana gedəcəyi açıqlanıb. Məlumata görə, bunu Rusiya prezidentinin köməkçisi İqor Levitin BRİKS ölkələrinin nəqliyyat nazirlərinin birinci iclası çərçivəsində İran səfiri Kazim Cəlali ilə görüşündə bildirib.  Qeyd olunub ki, görüşdə iki ölkə arasında bu sahədə əməkdaşlığın son vəziyyəti, xüsusilə Rəşt-Astara dəmir yolunun tikintisi layihəsi müzakirə edilib. #Rusiya #İran #Hindistan Kanala abunə olun
إظهار الكل...