ar
Feedback
İnnab Business Review

İnnab Business Review

الذهاب إلى القناة على Telegram

Bu kanala abunə olmaqla peşakar inkişafla bağlı video və məqalələrdən faydalana bilərsiniz

إظهار المزيد
856
المشتركون
لا توجد بيانات24 ساعات
-27 أيام
-530 أيام
أرشيف المشاركات
HR data analitikasının növləri HR analitikası təşkilatlara məlumatları təhlil etməyə, nəticələri proqnozlaşdırmağa və HR təşəbbüslərinin təsirini nümayiş etdirməyə imkan verir. Bu məlumatlar hansı təşəbbüslərin effektiv olduğunu və harada təkmilləşmələrə ehtiyac olduğunu göstərir. Əldə olan məlumatlarla HR liderlər sualları cavablandıra və konkret sübutlarla həll yolları təklif edə bilərlər. HR analitikasının 4 növü var: 1️⃣ Təsviri analitika müəyyən bir dövr ərzində işçi qüvvəsində baş verən dəyişiklikləri anlamaq üçün keçmiş məlumatları təhlil edir, gələcək üçün proqnozlar vermir. Məsələn, təsviri analitika iki komanda və ya iki şöbə arasında illik kadr axınını müqayisə etmək üçün istifadə edilə bilər. 2️⃣ Diaqnostik analitika əldə olunan nəticənin izahını verməklə təsviri analitikanı növbəti səviyyəyə aparır. Diaqnostik analitika təsviri analitika ilə eyni məlumatlara əsaslansa da, bir vacib fərq var. O, tendensiyaların, korrelyasiyaların və anomaliyaların arxasında duran səbəbi araşdırır. Məsələn, işburaxma əmsalı yüksəkdirsə, işçilərin niyə tez-tez iş buraxdığını öyrənmək üçün diaqnostik analitikadan istifadə etmək olar. 3️⃣ Proqnozlaşdırıcı analitika daha doğru HR qərarlarını dəstəkləyir. O, işlə əlaqədar bacarıqlar, işçilərin işə bağlılığı, məhsuldarlıq kimi sahələr üzrə toplanmış məlumatlar əsasında gələcəklə bağlı proqnozlar verir. Bu proqnozlar düzgün namizədlərin işə qəbulu, bacarıq boşluqlarının aradan qaldırılması və istedadların saxlanması kimi məsələlərdə qərarların qəbulunu təkmilləşdirəcək məlumatları təmin edir. 4️⃣ Ssenarili analitika analitik səyahətin son və ən mürəkkəb mərhələsidir. Ssenarili analitika böyük verilənlərə əsaslanır və alqoritmlər, süni intellekt kimi bir sıra texniki vasitələrdən istifadə edir. Yeni işə qəbul olunmuş əməkdaşın təcrübə və bacarıq səviyyəsinə uyğun onbordinq prosesinin alqoritminin hazırlanması buna nümunə ola bilər. Siz də data analitikadan istifadə edərək insan resursları sahəsində daha effektiv qərarlar qəbul etmək istəyirsinizsə, İnnab Business School tərəfindən təklif olunan HR Data analitikası təliminə qoşula bilərsiniz.

İntrovert liderlik Korporativ dünyada xarizmatik lider stereotipi üstünlük təşkil etsə də, daha sakit, lakin eyni dərəcədə təsirli bir liderlik tərzi də var - introvert liderlik. İntrovert liderlər uğur əldə etmək üçün özlərinə xas güclü tərəflərdən istifadə edən unikal yanaşma nümayiş etdirirlər. İntrovert liderlər utancaq, düşüncəli, prosesyönümlü və diqqət çəkməyən xüsusiyyətləri ilə təsvir edilirlər. Əslində, introvertlik effektiv liderliyə maneə deyil. Bu, tamamilə fərqli bir liderlik üsuludur və özünəməxsus güclü tərəfləri var. Onlar komanda üzvlərinin dinlənilməsinə imkan verən mühit formalaşdırırlar. Bu da komanda işi mədəniyyətinin yaradılması ilə nəticələnir. İntrovert liderlərin digər güclü cəhətlərinə strateji şəkildə düşünmək daxildir. Bu, düzgün və vaxtında qərarların formalaşdırılmasını təmin edir. Bundan əlavə, introvert liderlər qruplarla deyil, insanlarla işləməkdə çox təsirlidirlər. Onlar səhmdarlar, işçilər və müştərilərlə davamlı, mehriban və xoş münasibətlər qururlar. Bu cür sıx əlaqələr sadiqlik və öhdəlik hissələri formalaşdırır. Bir neçə uğurlu lider öz nailiyyətləri ilə introvert liderliyin gücünü nümayiş etdirir: 1️⃣ “Microsoft” şirkətinin icraçı direktoru Satya Nadella insanları öz baxışlarını genişləndirməyə və yeni imkanlara uyğunlaşmağa təşviq edən, motivasiya edici və insanyönümlü liderlik tərzi ilə tanınır. 2️⃣ “Berkshire Hathaway” şirkətinin icraçı direktoru Uorren Baffett introvert liderlərin maliyyə sektorunda necə uğurlu ola biləcəyini nümayiş etdirir. 3️⃣ “Yahoo” şirkətinin sabiq icraçı direktoru Marissa Mayer texnoloji şirkətlərdə introvert liderliyin nə qədər böyük müsbət dəyişikliyə səbəb ola biləcəyini nümayiş etdirmişdir.

İnsan resursları, sizin üçün xəbərimiz var!📢 26 iyul 2024-cü il tarixi, 19:00-da Hr Data analitika təlimçimiz Namiq Cavadın
İnsan resursları, sizin üçün xəbərimiz var!📢 26 iyul 2024-cü il tarixi, 19:00-da Hr Data analitika təlimçimiz Namiq Cavadın təqdimatı ilə “Google Meet” platformasında “İnsan resursları datası ilə strateji qərarların qəbul edilməsi” vebinarı keçiriləcəkdir. Vebinarda ✅️HR məlumatlarının növləri; ✅️HR analitikasının əsas anlayışları; ✅️Məlumatların təhlili texnikaları ✅️Hr Analitikasının tətbiq sahələri və daha bir çox mövzulardan bəhs olunacaq.👌 Bizimlə faydalı bir saatı qaçırma! 👐 Birlikdə İnsan resursları datası haqqında çox şey öyrənəcəyik!🤝 Vebinarın qeydiyyat linki: https://forms.gle/s7yxWt7HzqyYaYgo6

Rəhbərlər, həqiqətən, vacibdirlər? Rəqabətli əməkhaqqı vacib olsa da, araşdırmalar göstərir ki, zəif idarəetmə işçilərin işlərini tərk etmələrinin əsas səbəblərindən biridir. “Gallup” şirkətinin araşdırması göstərib ki, könüllü olaraq işlərini tərk edən işçilərin 75%-i bunu faktiki olaraq işə görə deyil, rəhbərə görə edib. Effektiv rəhbərlər işçilərin işə bağlılığını artıra və işdə qalmasını təmin edə bilərlər. 2009-cu ildə “Google”da rəhbər keyfiyyətinin performansa təsirini araşdırmaq məqsədilə “oksigen” layihəsini həyata keçirdilər. Ən yüksək və ən aşağı reytinqli rəhbərlər arasındakı fərqləri qiymətləndirmək üçün bir qrup işə başladı. Araşdırma yaxşı idarəetmənin fərq yaratdığını aşkar etdi. Yaxşı rəhbərin necə olduğunu daha yaxşı müəyyən etmək üçün onlar məlumatları təhlil etdilər və yaxşı rəhbərlərin 8 keyfiyyətini müəyyənləşdirdilər: ✅ Yaxşı kouçdur; ✅ Mikromenecment etmir; ✅ Komanda üzvlərinin uğurlarına və şəxsi rifahına maraq və qayğısını ifadə edir; ✅ Məhsuldar və nəticəyönümlüdür; ✅ Yaxşı ünsiyyət qurur - dinləyir və məlumatı paylaşır; ✅ Karyera inkişafına kömək edir; ✅ Komanda üçün aydın baxışı və strategiyası var; ✅ Komandaya məsləhət vermək üçün əsas texniki bacarıqlara malikdir. Rəhbərlərdən söz düşmüşkən, “Innab Business School” şirkətinin təsisçisi Nahid Nəsirovun təqdimatında “Təhsil biznesi rəhbərləri üçün Mindlab” adlı təlimə qoşulmağa tələsin. Təlimdə məhdud sayda iştirakçının olması nəzərdə tutulmuşdur.

HR data analitikasının əhəmiyyəti Data müasir əmtəədir, lakin xam şəklində çox az dəyərə malikdir. Bu zaman HR data analitikası işə düşərək verilənləri biznes problemlərini həll etmək üçün lazımi formaya salır. HR data analitikası insan resursları mütəxəssislərinə qərarlar qəbul etməyə, işçilərə fayda verəcək və təşkilati hədəfləri dəstəkləyəcək strategiyalar yaratmağa imkan verir. Bu, təşkilati fəaliyyətə əhəmiyyətli dərəcədə təsir edərək biznes məhsuldarlığının artmasına, kadr axınının azalmasına və işə qəbulun səmərəliliyinin yüksəlməsinə təkan verir. “Google” şirkəti xərcləri azaltmaq və işə qəbul prosesini qısaltmaq üçün işə qəbulda proqnozlaşdırıcı HR data analitikasından istifadə etmişdir. “Google” əvvəllər namizədlərdən 15-25 mərhələdən ibarət müsahibə və imtahandan keçməyi tələb edirdi. Lakin işə qəbul prosesinin təhlili göstərdi ki, uğurlu namizədləri cəmi 4 müsahibədən 86% əminliklə müəyyənləşdirmək olar. Nəticədə bu, namizələri effektiv şəkildə yoxlamaq üçün tələb olunan müddəti və işçilərin sayını azaltdı. Siz də şirkətinizdə insan resursları sahəsində effektivliyi yüksəltmək istəyirsinizsə, İnnab Business School tərəfindən təklif olunan HR Data analitikası təliminə qoşula bilərsiniz.

"Təlim keçmiş işçilərin sizi tərk etməsindən daha pisi təlim keçməmiş işçilərin qalmasıdır". Henri Ford Təlimsiz komanda təkərləri olmayan avtomobil kimidir – yerindədir, lakin heç yerə sürətlə getmir. Təlim təşkilati inkişafın və innovasiyanın əsas komponentidir. Öyrənməyə qoyulan investisiyanın qarşılıqlı üstünlüklərini var: həm işçiyə, həm də təşkilata fayda gətirir. İnkişaf imkanlarının təmin edilməsi işçilərin məmnuniyyətini artırır. Yaxşı təlim keçmiş işçilərin öz performanslarını yüksəltmək və təşkilati uğura töhfə vermək ehtimalı daha yüksəkdir. Davamlı öyrənmə və inkişaf həm işçilərin saxlanılması, həm də məhsuldarlıq üçün vacibdir. Təlim keçməsinə investisiya qoyulmuş əməkdaşların şirkəti tərk edəcəyini düşünmək əvəzinə, təlim keçməmiş əməkdaşların məhsuldarlığı zəiflətdiyini düşünmək lazımdır. Təlim keçmiş əməkdaşlar şirkəti tərk etsə belə, şirkət haqqında yüksək fikirləri ətrafdakı şəxslərlə bölüşərək işəgötürən brendinin formalaşmasına yardımçı olacaqlar.

Dəvətimizi Qəbul Edin!📩 Hörmətli Data Analitik, Sizi böyük məmnuniyyətlə “inData”səhifəmizə dəvət edirik. Bu səhifədə Data a
Dəvətimizi Qəbul Edin!📩 Hörmətli Data Analitik, Sizi böyük məmnuniyyətlə “inData”səhifəmizə dəvət edirik. Bu səhifədə Data analitiklər üçün faydalı: ✅️təlimlər, ✅️video dərslər, ✅️məqalələr, ✅️interaktiv testlər, ✅️vebinarlar, ✅️öyrədici kontentlər və daha çoxunu tapa bilərsiniz. Birlikdə Data analitika dünyasını daha dərindən kəşf edib bu sahədə ixtisaslaşacağıq.✨✨ Vaxt itirmədən bizə qoşulun!🙌🏻 Hörmətlə, İnnab Business School komandası☺️ Səhifənin linki: https://www.instagram.com/indata.az?igsh=M2FxMnlram12MHo4

Qrup kouçinqi Sürətlə dəyişən iş dünyasında rəhbərlər komandasını inkişaf etdirmək vacib məsələlərdən biridir. Bu zaman minimum xərc ilə maksimum təsir göstərən həll yollarından biri qrup kouçinqidir. Bir çoxları kouçinqin fərdləri necə dəyişdirdiyini və performansı nə dərəcədə yüksəltdiyini təcrübədən keçirib. Ancaq idarəetmə komandasının hər bir üzvü üçün bir kouç ayırmaq yüksək xərc tələb edir. Məhz bu zaman qrup kouçinqi önə çıxır və həmkarlardan öyrənmə, hesabatlılıq, bacarıqların inkişafı kimi fəaliyyətləri özündə cəmləşdirərək rəhbərlər komandasının effektivliyini artırır. Bəs qrup kouçinqindən maksimum fayda necə əldə edilir? 1️⃣ Qrup kouçinqi daha uyğun büdcə ilə eyni vaxtda birdən çox lider hazırlamağa imkan verir. Beləliklə, fərdi seanslar üçün ödəniş etmək əvəzinə, bütün komandaya və ümumi təşkilata fayda verən kollektiv inkişaf təcrübəsinə sərmayə qoyursunuz. 2️⃣ Qrup kouçinqi müxtəlif departamentlərdən olan liderləri bir araya gətirir. Bu müxtəliflik innovativ düşüncə və problemlərin həllinə təkan verir ki. Bu həmçinin komanda üzvlərinə ortaq təcrübə əldə etməyə imkan verir ki, bu da şöbələrarası münasibətləri yaxşılaşdırmağa kömək edir. 3️⃣ Qrup kouçinqi komandaya real vaxtda real problemləri həll etməyə imkan verir. Öyrənilənlərin dərhal tətbiqi qazanılmış düşüncələrin birbaşa təkmilləşdirilmiş fəaliyyətə çevrilməsini təmin edir. 4️⃣ Qrup kouçinqi şöbələr arasında maneələri aradan qaldıraraq biznesin müxtəlif sahələri arasındə əməkdaşlığı və anlaşmanı gücləndirir. 5️⃣ Rəhbərlər öz həmkarları qarşısında öhdəlik götürdükdə həmkarlarının onları izlədiyini bilərək onları yerinə yetirirlər. Beləliklə, həmkar təzyiqi istənilən xarici motivatordan daha effektiv nəticə verir. 6️⃣ Qrup kouçinqi təşkilatda liderliyin inkişafını sürətləndirir. Beləliklə, fərdi kouçinqin zəif təsirindən fərqli olaraq, siz şirkətin hər tərəfinə sirayət edən inkişaf dalğası yaradırsınız.

Vaxtı dəyişirik. 📆 📌Bəli, hamımızın səbirsizliklə gözlədiyimiz, 9 iyul 2024-cü il tarixində İNNAB Business School-un təsisç
Vaxtı dəyişirik. 📆 📌Bəli, hamımızın səbirsizliklə gözlədiyimiz, 9 iyul 2024-cü il tarixində İNNAB Business School-un təsisçisi Nahid Nəsirov tərəfindən keçirilməsi planlanan "Təhsil biznesi rəhbərləri üçün Mindlab” adlı təlimimizin vaxtını daha faydalı və produktiv olmaq üçün dəyişirik. Sizlərin çoxsaylı istəkləri və yay tətili planlarınızı nəzərə alaraq təlimimizin tarixini Sentyabra keçirdirik. 📢 Diqqət, dəstək və anlayışınız üçün təşəkkür edirik!🤝 İzləmədə qalın... Görüş üçün bizdən yeni tarix gözləyin!

MOSE (Beynəlxal Excel Eksperti) sertifikatı haqqında yəqin ki, tez-tez eşidirsən.🧾 Elə isə ona sahib olanların peşəkar arena
MOSE (Beynəlxal Excel Eksperti) sertifikatı haqqında yəqin ki, tez-tez eşidirsən.🧾 Elə isə ona sahib olanların peşəkar arenada bir addım qabaqda olduqlarını da bilirsən. Bəs səbəbləri haqqında məlumatın varmı? 📌Bəli, bu dəfəki vebinarımız məhz bununla bağlı olacaq. Hazır ol! 📍12 iyul 2024-cü il tarixində saat 18:00-da “Niyə işəgötürənlər Beynəlxalq Excel Ekspert sertifikatlı kadrlara üstünlük verirlər?” adlı vebinarımız baş tutacaq. Sadəcə Zoom platformasında daxil olaraq bizə qoşula bilərsən. Fikrimizcə, bu vebinar mütləq izlənməlidir, qoşulanlar faydasını biləcək!😌 Qeydiyyat linkini əldə etmək üçün rəydə “+” qeyd et.

MOSE (Beynəlxal Excel Eksperti) sertifikatı haqqında yəqin ki, tez-tez eşidirsən.🧾 Elə isə ona sahib olanların peşəkar arena
MOSE (Beynəlxal Excel Eksperti) sertifikatı haqqında yəqin ki, tez-tez eşidirsən.🧾 Elə isə ona sahib olanların peşəkar arenada bir addım qabaqda olduqlarını da bilirsən. Bəs səbəbləri haqqında məlumatın varmı? 📌Bəli, bu dəfəki vebinarımız məhz bununla bağlı olacaq. Hazır ol! 📍12 iyul 2024-cü il tarixində saat 18:00-da “Niyə işəgötürənlər Beynəlxalq Excel Ekspert sertifikatlı kadrlara üstünlük verirlər?” adlı vebinarımız baş tutacaq. Sadəcə Zoom platformasında daxil olaraq bizə qoşula bilərsən. Fikrimizcə, bu vebinar mütləq izlənməlidir, qoşulanlar faydasını biləcək!😌 Qeydiyyat linkini əldə etmək üçün rəydə “+” qeyd et.

İşçi məmnuniyyəti İşçilər məmnun olduqda əllərindən gələnin ən yaxşısını etmək ehtimalı yüksəlir. Motivasiyalı fərdlər çətinliklərin öhdəsindən həvəslə gəlir və yaradıcı şəkildə töhfə verirlər. Həmçinin, fərdlər özlərini dəyərli hiss etdikdə işdən çıxma ehtimalları daha az olur. Yüksək kadr axını təşkilatlara zaman və maliyyə baxımından baha başa gəlir. Beləliklə, işçi məmnunluğunu artırmaq təşkilati uğura sərmayədir. Bəs işçilər məmnun olmaq üçün nəyə ehtiyac duyurlar? ✅ Əməyin qiymətləndirilməsi; ✅ Həmkarlarla yaxşı münasibətlər; ✅ İş - həyat balansı; ✅ Rəhbərlərlə yaxşı münasibətlər; ✅ Dəstəkləyici və bacarıqlı liderlər; ✅ Şirkətin maliyyə sabitliyi; ✅ Davamlı öyrənmə və karyera inkişafı; ✅ İş təhlükəsizliyi; ✅ Konstruktiv rəy bildirmə; ✅ Ədalətli əməkhaqqı; ✅ Pozitiv iş mühiti; ✅ Tapşırıqların yerinə yetirilməsində muxtariyyət; ✅ Mənalı işlə məşğul olmaq; ✅ Çevik iş rejimi; ✅ Şirkətin nüfuzu və brend. Bu meyarların əksəriyyətini işinizdə tapa bilmirsinizsə, yeni iş axtarmağa başlamağın vaxtı ola bilər.

“Technest Təqaüd Proqramı” çərçivəsində “Data analitika” təlimlərimiz davam edir.👌🏻 Qeyd edək ki, proqramın və bizim məqsədimiz gəncləri əmək bazarının ehtiyaclarına uyğun hazırlamaqdır. 🤝🏻 İştrakçılarımızla məqsədimizə doğru gedirik.😌 #dataanalytics

🎉MOSE(Beynəlxalq Excel Sertifikatı) sertifikatı ilə maraqlananlara şad xəbər!🎉 Certiport – Pearson VUE və bir çox digər brendlərin rəsmi distributoru olan “Baku Design Academy” MMC-nin Beynəlxalq İmtahanlar üzrə Test Mərkəzi olduğumuzu bildirməkdən məmnunuq.🏆 🔰Bu xidməti “Baku Design Academy” MMC-dən rəsmi distributorluq nəzdində alındığını qeyd etmək istərdik. Bu gündən etibarən Beynəlxalq aləmdə tanınan MOSE sertifikat təlimini bizdə almaqla yanaşı, həm də bu imtahanı birbaşa bizimlə verə bilərsiniz.🌐 MOSE sertifikatı qlobal səviyyədə Excel və digər Microsoft Office proqramlarında aparıcı standart kimi tanınır. Bu, karyera perspektivlərinizi artıran və sizi bugünkü rəqabətli iş bazarında fərqləndirən dəyərli etimadnamədir.💼 ❗Bəli, artıq sizə məlum olduğu kimi MOSE sertifikat imtahanı İnnab Business School-da təşkil olunacaq. Bizi seçməklə həm vaxta, həm də büdcəyə qənaət etmiş olacaqsınız. Certiport test mərkəzinə çevrilməklə, Innab Business School indi həm öyrənmə, həm də beynəlxalq sertifikatlaşdırma üçün vahid ünvanınızdır.💻 Ətraflı məlumat üçün "+" qeyd edin.

photo content

Offboarding Ən yaxşı işçiləri uzun müddət saxlaya biləcəyimizə ümid etsək də, nə vaxtsa “offboarding” prosesini icra etməli oluruq. “Offboarding” işçinin işlədiyi müəssisədən ayrılması prosesidir. İşçinin könüllü və ya qeyri-iradi olaraq işdən çıxmasından asılı olmayaraq “offboarding” yerinə yetirilməlidir. Lakin atılmalı addımlar işçinin öz arzusu ilə işdən çıxmasından, təqaüdə çıxmasından və ya işdən çıxarılmasından asılı olaraq fərqli ola bilər. “Offboarding” şirkətə işçidən nəzakətlə ayrılmağa imkan verir. “Offboarding” strategiyası bir işçidən digərinə keçidi asanlaşdırır. “Offboarding” həmçinin şirkəti məhkəmə iddialarından və ya işçinin getməsindən sonra yarana biləcək digər problemlərdən qoruya bilər. Uğurlu boşanmada olduğu kimi, “offboarding” də işçini qalmağa və ya işdən çıxma müddətini uzatmağa inandırmaq cəhdi deyil, əksinə, ayrılığın baş verməsini təmin etməklə keçidi asanlaşdırmaq cəhdi olmalıdır. Effektiv “offboarding” prosesi üçün aşağıdakı addımlar zəruridir: 1️⃣ İşdən çıxan işçilərlə ədalətli və mehriban davranın, gördüyü işə, eləcə də şirkətə sərf etdiyi vaxt və enerjiyə görə təşəkkür edin. 2️⃣ İşdən çıxma barədə şirkətin qalan hissəsinə nə qədər tez məlumat versəniz, bir o qədər yaxşıdır. Əks halda, könüllü işdən çıxma digər işçilər tərəfindən işdən çıxarılma kimi qiymətləndirilə bilər. Səbəbindən asılı olmayaraq - könüllü və ya qeyri-iradi – ayrılma səbəbi barədə dürüst olmaq daha yaxşıdır. 3️⃣ Əmlakın təhlükəsizliyini təmin edin və sistemə girişi ləğv edin. İşdən çıxan işçidən açar, telefon, notbuk, avtomobil kimi bütün şirkət avadanlıqlarını təhvil alın. Bundan əlavə, işçinin şirkətin onlayn və ya oflayn sistemlərinə girişini ləğv edin. 4️⃣ Çıxış müsahibəsi keçirin. İşdən çıxan işçinin iş yükü, şirkət mədəniyyəti, rəhbərlik və digər işçilərlə bağlı rəyi şirkətdə təkmilləşdirilməli olan sahələrə işıq sala bilər. 5️⃣ Biliklərin ötürülməsini təmin edin. İşdən çıxan işçini əvəz etmək üçün yeni işçi işə götürməyinizdən və ya işçinin iş yükünü mövcud işçilərə ötürməyinizdən asılı olmayaraq, işdən çıxan işçinin işin icrası ilə bağlı vacib məqamları onu əvəz edənlərə ötürməsini təmin edin. 6️⃣ Şirkətinizi məhsuldarlığın zəifləməsindən qoruyun. İşçinin işdən çıxması bəzi layihələrin dayandırılmasına və ya başqa işçilərin iş yükünün artmasına səbəb ola bilər. Əlavə iş yükünün öhdəsindən gəlmək üçün plan hazırlayın və iş yükü artan işçilərə əlavə haqq ödəyin. İşçinin işdən çıxmasının məhsuldarlığa təsirini minimuma endirmək üçün işçi getməzdən əvvəl bütün boşluqları doldurmağa çalışın. 7️⃣ Əlaqəni kəsməyin. Telefon və ya e-poçt vasitəsilə əlaqə saxlamaq, hətta işçini şirkət tədbirlərinə dəvət etmək hamıya fayda verə bilər. Bu, keçmiş işçinin şirkət haqqında müsbət fikirlər söyləməsinə şərait yaratmaqla şirkətin nüfuzunu qaldıra bilər. İşçini əvəz edən şəxs də müəyyən bir işdə köməyə ehtiyac duyduqda əvvəllər bu vəzifəni icra edən şəxslə müsbət münasibət faydalı olar.

Şirkətlərin kefiyyət artımında, təkmilləşmədə, doğru qərar vermədə, daha yaxşı nəticə əldə etmədə, səmərəsizliyi azaltmada üz
+8
Şirkətlərin kefiyyət artımında, təkmilləşmədə, doğru qərar vermədə, daha yaxşı nəticə əldə etmədə, səmərəsizliyi azaltmada üz tutduqları metodologiyalardan biri də 6 siqma anlayışıdır.✅ 6 siqma daha çox «mükəmmələ yaxın» ifadəsi ilə izah olunan məlumat əsaslı idarəetmə standartı kimi tanınır. 📌İdarəetmədə 6 siqmanın aşağıdakı prinsipləri vardır: -Məlumat əsaslı yanaşma -Prosesin təkmilləşdirilməsi -Diqqətin müştəri mərkəzli olması -Komanda əməkdaşlığı -DMAIC və DMADV Metodologiyaları: 6 siqma özündə iki metodologiya işlədir. Prosesin təkmilləşdirilməsi üçün DMAİC (Define( müəyyən et), Measure (ölç), Analyze (təhlil et), Improve (təkmilləşdir), Control (nəzarət et)) və yeni proseslərin yaradılması üçün DMADV(Define( müəyyən et), Measure (ölç), Analyze (təhlil et), Design (dizayn), Verify (doğrula)) 🔶️6 siqmanı idarəetmədə uğurlu şəkildə tədbiq etmək üçün bir neçə addımı izləmək lazımdır. Onlar maraqldırsa, karuselləri vərəqləyə bilərsən.