ar
Feedback
İnnab Business Review

İnnab Business Review

الذهاب إلى القناة على Telegram

Bu kanala abunə olmaqla peşakar inkişafla bağlı video və məqalələrdən faydalana bilərsiniz

إظهار المزيد
856
المشتركون
لا توجد بيانات24 ساعات
-27 أيام
-530 أيام
أرشيف المشاركات
İxtisasartırma (upskilling) and yenidənhazırlanma (reskilling) İş dünyası dəyişir və daimi inkişaf əvvəlkindən daha çevik işçi qüvvəsi tələb edir. Öyrənmə və inkişaf (L&D) bölmələri bu dəyişikliklərin idarə edilməsində mühüm rol oynayır. Güclü öyrənmə və inkişaf proqramı yüksək keyfiyyətli istedadları cəlb etmək üçün də vacibdir. 2021-ci ildə aparılmış bir sorğuda işçilər öyrənmə və inkişaf imkanlarını yaxşı iş yerinin bir nömrəli göstəricisi kimi qiymətləndirmişdilər. İşçi qüvvəsinin ixtisasının artırılması (upskilling) və yenidən hazırlanması (reskilling) təşkilatda daxili mobilliyin aparıcı qüvvəsidir. İşçilərin ixtisasının artırılması və yenidən hazırlanması bacarıq boşluqlarını aradan qaldırmaqla yanaşı istedadların təşkilatda daha uzun müddət qalmasına şərait yaradır. İxtisasartırma mövcud bacarıqları genişləndirməyi hədəfləyir. Bu bacarıqlar işçinin cari vəzifəsində performansını artırır. Yenidənhazırlanma isə işçinin mövcud bacarıqlardan əlavə yeni bacarıqlar öyrənməsini nəzərdə tutur. Bu bacarıqlar çox vaxt işçinin cari funksiyalarına yaxın olsa da, bəzən tamamilə fərqli bir istiqamətdə də ola bilər. Hər iki anlayış istedadın inkişafını təmin edir. Fərq nəticədir. Proseslər ona görə oxşardır ki, onlar işçilərə biliklərini genişləndirməyə kömək edirlər, lakin onlar öyrənilən bacarıqların xarakterinə və öyrənmənin son məqsədinə görə fərqlənirlər. İxtisasartırma və yenidənhazırlanmanı təmin etmək üçün təşkilatlar aşağıdakı addımları ata bilərlər: ✅ boşluqları müəyyən etmək, ixtisasartırma və yenidənhazırlanma ehtiyaclarını müəyyən etmək üçün bacarıqların müntəzəm qiymətləndirilməsini həyata keçirmək; ✅ işüstü təlim, mentorluq proqramları, onlayn kurslar və seminarlar kimi müxtəlif öyrənmə imkanları təklif etmək; ✅ öyrənmə nailiyyətlərini qeyd etmək və bilik mübadiləsini təşviq etməklə inkişafyönümlü düşüncə tərzini formalaşdırmaq; ✅ ixtisasartırma və yenidənhazırlanma təşəbbüslərini təşkilati məqsədlər və fərdi karyera inkişafı planları ilə uyğunlaşdırmaq; ✅ ixtisasartırma və yenidənhazırlanma üçün resurslar, o cümlədən zaman və büdcə ayırmaq; ✅ liderlərin, menecerlərin və işçi heyətinin fikirlərini öyrənməklə onları prosesə cəlb etmək.

1930-cu illərdə Yaponiya sənayeçisi və ixtiraçı, Toyota şirkətinin qurucusu Sakichi Toyoda tərəfindən icad edilən «5 Niyə» te
+7
1930-cu illərdə Yaponiya sənayeçisi və ixtiraçı, Toyota şirkətinin qurucusu Sakichi Toyoda tərəfindən icad edilən «5 Niyə» texnikası dəfələrlə “niyə?” sualını yönəldərək problemin həllini tapmaqda istifadə olunan üsuldur. ✅ 📌Burada əsas məqam odur ki, bu sualların cavabı sözügedən proses və ya problemlə birbaşa əlaqəli olan şəxslər tərəfindən gəldikdə texnika daha uğurlu olur. «5 niyə?» texnikası orta dərəcəli çətin problemlərin həllində daha effektiv olur. Bu üsul zamanı problemin baş vermə səbəbini öyrənməklə başlanılır. Cavabın doğruluğuna əmin olduqdan sonra «Niyə?» sualı yenidən verilir. Problemin kök səbəbinə çatana qədər proses təkrarlanır. «5 Niyə» texnikası zamanı bəzi ipucları sənə kömək ola bilər: * Bir sualdan digərinə tez keçmək tövsiyyə olunur * Texnikanın adındakı «5» rəqəmi sadəcə formal olaraq qoyulub. Bəzən daha çox «Niyə?» sualı verilə bilər. * Nə vaxt dayanacağını bilmək lazımdır. 📍«5 Niyə?» texnikasının mərhələləri isə karusellərdədir.

Stiv Cobsdan liderlik dərsləri “Apple” şirkətinin həmtəsisçisi Stiv Cobs iş mühitində çətin biri kimi tanınırdı. Lakin Cobsun ən parlaq istedadları heyrətamiz məhsullar yaratmağa ilhamlandırdığı şübhəsizdir. Jobs yaxşı liderliyin mahiyyətini nümayiş etdirmişdi: cəlbedici vizyon ətrafında şirkət qurmaq, ən ağıllı insanları işə götürmək və komandaya məqsədlərinə çatmaqda kömək etmək üçün lazım olan hər şeyi vermək. Bu, işləmək üçün ən yaxşı mühitin yaradılması deməkdir. S.Cobs deyirdi: “Məhsuldarlığı məcburiyyətlə təmin etmək olmaz, insanlara ən yaxşısı olmaq üçün vasitələr verməlisiniz”. S.Cobs bir çox idarəçilərin indi görməyə başladığı şeyi illər əvvəl bilirdi. Ən yaxşısı olmaq üçün işçilərinə sərmayə qoyan müəssisələr öz gələcəklərinə sərmayə qoyurlar. İşçiləri çətin problemləri həll etmək üçün lazımi bacarıq və alətlərlə təmin etmək lazımdır. Təşkilati dəyişikliyə təsir etmək məqsədilə buna daha böyük miqyasda nail olmaq üçün zamanla ardıcıl olaraq həyata keçirilməli olan bir neçə liderlik təşəbbüsü var: 1️⃣ İnsanlara azadlıq vermək Bilik iqtisadiyyatında düzgün yanaşma ağıllı insanlara problemləri təkbaşına həll etmək üçün açarları verməkdir. Yüksək performanslı təşkilatlarda məlumat açıq şəkildə paylaşılır və insanlar düzgün qərarları tez qəbul etmək üçün ondan istifadə edə bilirlər. Başlanğıc nöqtəsi işçilərə qərar qəbul etmək üçün ən çox ehtiyac duyduqları aləti verməklə onlara səlahiyyət verməkdir. İşçilərə yüksək keyfiyyətli qərarlar qəbul etmək üçün düzgün məlumat, anlayış və texnologiya lazımdır. Bu etimadı və gücü işçilərə vermək çeviklik və uğur üçün vacib hesab olunur. 2️⃣ Rəy bildirmək “Gallup” şirkətinin araşdırmasına görə, kadr axınına səbəb olan ikinci ən çox yayılmış səhv ünsiyyətin olmamasıdır. Liderlər ən yaxşı istedadları istiqamətləndirmək üçün öz rahatlıq zonalarından kənara çıxmalı, onlara performansları haqqında müntəzəm rəy bildirməli və xüsusilə dəyişiklik zamanı məqsəd və gözləntiləri aydınlaşdırmalıdırlar. 3️⃣ İnsanlara fəaliyyət sahəsi vermək İşdə daha çox azadlıq axtaran bilik işçisinə (knowledge worker) alətlər və resursların verilməsi əla başlanğıcdır. Amma bundan da artığı lazımdır. Bilik işçiləri adətən müdirlərin öz ixtisas sahələri haqqında bildiklərindən daha çox bildiklərinə görə siz onlara daha geniş fəaliyyət sahəsi verməklə onları daha da gücləndirirsiniz. Cobs bunu belə bəyan edirdi: “Ağıllı insanları işə götürüb onlara nə etməli olduğunu söyləməyin mənası yoxdur. Biz ağıllı insanları işə götürürük ki, onlar bizə nə edəcəyimizi söyləyə bilsinlər.” 4️⃣ İnsanları dinləmək Ən anlayışlı liderlər işilərin ehtiyaclarını dinləyir, onlar üçün nəyin əhəmiyyət kəsb etdiyini soruşur, onlara getmək istədikləri istiqamətdə inkişaf etməyin yollarını müəyyənləşdirməyə kömək edir və öz vəzifələrini yerinə yetirmək üçün onları lazım olan vasitələrlə təmin edirlər.

“Buffer”də buddy sistemi Sosial media marketinq şirkəti olan “Buffer”də işə yeni qəbul olunan əməkdaşlar onboarding prosesində 3 nəfərdən dəstək alır: menecer və iki yoldaş (buddy). 1️⃣ Menecer adətən yeni əməkdaşın birbaşa rəhbəri olur. Onlar vəzifə üzrə yoldaşı seçməyə və 30, 60 və 90 günlük hədəflərin yol xəritəsini əlaqələndirməyə kömək edir. Menecer həmçinin rəy verir və hər hansı vacib məlumatı və ya düzəlişləri yeni əməkdaşa ötürmək üçün yoldaşlarla əlaqə saxlayır. 2️⃣ Vəzifə üzrə yoldaş adətən yeni əməkdaşla eyni komandada və ya oxşar vəzifədə işləyən şəxs olur. Onlar həftədə bir və ya iki dəfə Zoom vasitəsilə danışırlar. Bu yoldaş yeni əməkdaşın tapşırıq və ya vəzifə ilə bağlı verə biləcəyi istənilən suala cavab verən şəxsdir (əksər hallarda Slack platforması və ya e-poçt vasitəsilə). 3️⃣ Mədəniyyət üzrə yoldaş adətən fərqli komandadan olur və mədəniyyətlə bağlı müzakirələr vasitəsilə yeni əməkdaşa rəhbərlik etmək, şirkətin tarixi, dəyərləri və mədəni normaları haqqında əlavə məlumat vermək üçün seçilir. Bu yoldaş ilk altı həftə ərzində, daha sonra isə lazım olduqda yeni əməkdaşla həftəlik söhbət aparır.

Əmək qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı nə dərəcə xəbərdarsan?📝 🔸Bəli, düz anladın!🙌🏻 Bu dəfəki xəbərimiz məh
Əmək qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı nə dərəcə xəbərdarsan?📝 🔸Bəli, düz anladın!🙌🏻 Bu dəfəki xəbərimiz məhz bu mövzu ilə bağlıdır.👌🏻 📍Bəli, 25.08.2024 tarixi, saat 19:00-da İnnab Business School və UNEC Ömürboyu Təhsil Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində "Əmək qanunvericiliyinə edilən dəyişikliklər" adlı vebinarımız baş tutacaq. 📣 📌Onu da qeyd edək ki, *ödənişsiz* şəkildə keçirilməyi nəzərdə tutulan bu vebinarımıza istədiyin yerdən sadəcə "Google Meet" platformasına daxil olmaqla qoşula biləcəksən. ✅Bu vebinarda aşağıdakı faydalı məlumatları əldə edə biləcəksən: * Əmək məcəlləsinə edilən son dəyişikliklər; * Dəyişikliklərin tətbiqi qaydaları; * Bu yeniliklərin tətbiq edilməməsi və ya bu işlərin doğru aparılmaması nəticəsində şirkət üçün yarana biləcək çətinliklər; Odur ki, qeyd olunan tarixdə başqa plan qurma, bu vebinarı qaçırma!🤝🏻 Qeydiyyat linki: https://docs.google.com/forms/d/1XAC3EKwFby2-_JNI3bQONFl7dnEd5gUXmwaTLlDMhyU/edit

Əmək qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı nə dərəcə xəbərdarsan?📝 🔸Bəli, düz anladın!🙌🏻 Bu dəfəki xəbərimiz məh
Əmək qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı nə dərəcə xəbərdarsan?📝 🔸Bəli, düz anladın!🙌🏻 Bu dəfəki xəbərimiz məhz bu mövzu ilə bağlıdır.👌🏻 📍Bəli, 24.08.2024 tarixi, saat 19:00-da İnnab Business School və UNEC Ömürboyu Təhsil Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində "Əmək qanunvericiliyinə edilən dəyişikliklər" adlı vebinarımız baş tutacaq. 📣 📌Onu da qeyd edək ki, *ödənişsiz* şəkildə keçirilməyi nəzərdə tutulan bu vebinarımıza istədiyin yerdən sadəcə "Google Meet" platformasına daxil olmaqla qoşula biləcəksən. ✅Bu vebinarda aşağıdakı faydalı məlumatları əldə edə biləcəksən: * Əmək məcəlləsinə edilən son dəyişikliklər; * Dəyişikliklərin tətbiqi qaydaları; * Bu yeniliklərin tətbiq edilməməsi və ya bu işlərin doğru aparılmaması nəticəsində şirkət üçün yarana biləcək çətinliklər; Odur ki, qeyd olunan tarixdə başqa plan qurma, bu vebinarı qaçırma!🤝🏻 Qeydiyyat linki: https://docs.google.com/forms/d/1XAC3EKwFby2-_JNI3bQONFl7dnEd5gUXmwaTLlDMhyU/edit

HR metrikləri niyə vacibdir? HR metriklərinin təkcə HR əməliyyatları üçün deyil, həm də təşkilat üçün vacib olmasının əsas səbəbləri aşağıdakılardır: 1️⃣ Strateji olaraq istedadların idarə edilməsi: HR metrikləri istedad ehtiyaclarını və boşluqlarını müəyyən etməyə, istedadların cəlb edilməsi, inkişafı və saxlanılması ilə bağlı strateji qərarların qəbul edilməsinə kömək edir. HR bu məlumatlardan istifadə etməklə işçi qüvvəsinin imkanlarını artıraraq xüsusi təşkilati ehtiyacları qarşılayan istedadların idarə edilməsi proqramlarını yarada bilər. 2️⃣ Xərclərin optimallaşdırılması: HR metrikləri işəqəbul, təlim və kadr axını xərclərini təhlil etməklə büdcəni səmərəli şəkildə bölüşdürməyə və qənaət imkanlarını müəyyən etməyə kömək edir. Bu, işçilərin inkişafı və saxlanma strategiyalarına qoyulan investisiyaları əsaslandırmaq imkanı verir. 3️⃣ Strateji planlaşdırmanın dəstəklənməsi: HR metrikləri tendensiyaları aşkar etməyə və təşkilati inkişaf üçün vacib olan proqnozlar verməyə kömək edir. HR bu anlayışlardan işçi qüvvəsinin planlamasını uzunmüddətli biznes məqsədləri ilə uyğunlaşdırmaq və gələcək çağırışlara cavab verəcək işçi qüvvəsini təmin etmək üçün istifadə edə bilər. 4️⃣ Qərar vermənin təkmilləşdirilməsi: HR metriklərindən əldə edilən məlumatlar HR mütəxəssislərinə sübuta əsaslanan qərarlar qəbul etmək imkanı verir. Məsələn, işçilərin sağlamlıq proqramlarının işburaxma nisbətlərinə təsiri haqqında məlumatlardan istifadə etməklə HR bu proqramların davam etdirilməsi, genişləndirilməsi və ya dəyişdirilməsi haqqında əsaslandırılmış qərarlar qəbul edə bilər. 5️⃣ HR təşəbbüslərinin təşkilati fəaliyyətə təsirinin vurğulanması: HR metriklərini izləmək və onların əsas biznes nəticələri ilə əlaqəsini göstərmək HR təşəbbüslərinin təşkilat performansına nəzərəçarpacaq təsirini nümayiş etdirməyə imkan verir. Bu yanaşma təkcə HR səylərinin strateji əhəmiyyətini təsdiq etmir, həm də gələcək HR layihələri üçün dəstəyin və investisiyaların təmin edilməsinə kömək edir. Siz də ən vacib HR metrikləri öyrənib tətbiq etmək istəyirsinizsə, HR Data Analitikası təliminə qoşula bilərsiniz.

📌ABC təhlili inventar məhsulları dəyərinə və biznes üçün əhəmiyyətinə görə üç kateqoriyaya görə təsnif edir: A (yüksək qiymə
+5
📌ABC təhlili inventar məhsulları dəyərinə və biznes üçün əhəmiyyətinə görə üç kateqoriyaya görə təsnif edir: A (yüksək qiymətli məhsullar), B (orta qiymətli məhsullar) və C (az qiymətli məhsullar). 📍ABC analizi bir neçə üstünlüklərinə görə istifadəsi tövsiyyə olunur: * Biznesə diqqəti ən vacib məhsullara yönəltməyə imkan verir. * Lazımsız xərclərin qarşısını alır. Belə ki, A kateqoriyalı məhsullar üzrə işlədikdə artıq digər əhəmiyyəti olmayan məhsullara əlavə vəsait lazımsız yerə xərclənmir. * ABC təhlili müəssisələrə inventar üzərində daha çox nəzarət imkanı verir. * Daha doğru qərar verməyə dəstək olur. ABC təhlili zamanı atılan adıımlar karusellərimizdədir. Buyur, bax, ABC analizini sən də istifadə et!🤝🏻

📌ABC təhlili inventar məhsulları dəyərinə və biznes üçün əhəmiyyətinə görə üç kateqoriyaya görə təsnif edir: A (yüksək qiymə
+5
📌ABC təhlili inventar məhsulları dəyərinə və biznes üçün əhəmiyyətinə görə üç kateqoriyaya görə təsnif edir: A (yüksək qiymətli məhsullar), B (orta qiymətli məhsullar) və C (az qiymətli məhsullar). 📍ABC analizi bir neçə üstünlüklərinə görə istifadəsi tövsiyyə olunur: * Biznesə diqqəti ən vacib məhsullara yönəltməyə imkan verir. * Lazımsız xərclərin qarşısını alır. Belə ki, A kateqoriyalı məhsullar üzrə işlədikdə artıq digər əhəmiyyəti olmayan məhsullara əlavə vəsait lazımsız yerə xərclənmir. * ABC təhlili müəssisələrə inventar üzərində daha çox nəzarət imkanı verir. * Daha doğru qərar verməyə dəstək olur. ABC təhlili zamanı atılan adıımlar karusellərimizdədir. Buyur, bax, ABC analizini sən də istifadə et!🤝🏻

Gələcək iş dünyası üçün zəruri 5️⃣ bacarıq Maliyyəçi kodlaşdırma bacarıqlarına, proqramçı isə maliyyə biliklərinə ehtiyac duymaya bilər. Amma bəzi bacarıqlar var ki, bütün peşə sahibləri üçün zəruridir. Beynəlxalq konsaltinq şirkəti “Korn Ferry” “C” səviyyəli rəhbərlər (C-suite) arasında apardığı sorğu nəticəsində gələcək üçün ən vacib 5 bacarığı müəyyənləşdirmişdir. 1️⃣ Uyğunlaşma Təşkilatlar həmişəkindən daha sürətlə inkişaf edir və çevikliyə üstünlük verdikləri üçün strategiyaları daha tez-tez dəyişdirir, onları yenidən nəzərdən keçirirlər. Uyğunlaşma - bu dəyişiklikləri qəbul etmək və onlardan maksimum istifadə etmək bacarığıdır. 2️⃣ Əməkdaşlıq Əməkdaşlıq “məndən əvvəl biz” düşüncə tərzini mənimsəmək, fərdi maraqları kənara qoymaq və komanda kimi birlikdə işləmək bacarığıdır. Effektiv əməkdaşlıq daha çox innovasiyaya, daha yaxşı ünsiyyətə və daha ağıllı qərarların qəbuluna gətirib çıxarır, həm də mədəniyyət quruculuğunda mühüm rol oynayır. 3️⃣ Ünsiyyət Ünsiyyət müxtəlif formalarda olur və işçilərin bir çox ünsiyyət üsullarından sərbəst istifadə etməsi təşkilata fayda gətirir. Güclü yazıçı və ya natiq olmaqdan əlavə, uğurlu ünsiyyətçilər həm də öz fikirlərini aydın şəkildə ifadə etməkdə və mesajı hədəf auditoriyaya uyğunlaşdıraraq təsirini artırmaqda mahirdirlər. 4️⃣ Tənqidi düşüncə Biznesdə tənqidi düşüncənin 5 növü var: strateji, taktiki, analitik, innovativ və implikativ (birdən çox nəticə yollarını müqayisə edən qərar qəbul etmə yanaşması). Ən yüksək performans göstərənlər karyeraları boyu irəlilədikcə bu müxtəlif elementlər arasında problemsiz şəkildə keçid edirlər. Həm nöqtələri görən, həm də onları mənalı şəkildə birləşdirən onlardır. 5️⃣ Empatiya Empatiya başqalarının hisslərini və hadisələrə necə baxdıqlarını hiss etmək bacarığıdır. Empatik liderlər müxtəlif mənşəli və təcrübəyə malik insanlarla uğurla ünsiyyət qururlar, çünki onları başa düşürlər və hər bir vəziyyətə özünəməxsus şəkildə yanaşa bilirlər. Onlar başqaları ilə elə ünsiyyət qururlar ki, qarşı tərəf özünü dəyərli və motivasiyalı hiss edirlər. Qeyd. C-suite vəzifələrə ingilis dilində "c" hərfi ilə, daha dəqiq desək, "chief" (baş) sözü ilə başlayan yüksək idarəetmə vəzifələri aiddir. Məsələn, CEO (Chief Executive Officer – Baş icraçı direktor), CFO (Chief Financial Officer – Baş maliyyə direktoru) və s.

📣Nənənin pensiya kartından ödəniş et, 10% endirim qazan. 📣 📍Bəli, təlimlərimizdə yeni endirim fürsəti var! 📌 Belə ki, “So
📣Nənənin pensiya kartından ödəniş et, 10% endirim qazan. 📣 📍Bəli, təlimlərimizdə yeni endirim fürsəti var! 📌 Belə ki, “Sosial tərəfdaş” layihəsi çərçivəsində Dövlət Sosial Müdafiə Fondundan pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və kompensasiya alan şəxslər nağdsız şəkildə alış-veriş edərək endirimlərdən faydalana bilər. Bu layihədə biz də varıq🙌🏻, və yuxarıda qeyd olunan kataqoriyalara aid edilən şəxslərə ödəniş zamanı 10% güzəşt ediləcək.✅ Odur ki, yaxşı düşün və peşəkar inkişafın üçün yaranmış bu fürsəti qaçırma!👌🏻

Biznes performans işçi bağlılığı ilə əlaqəlidirmi? Pərakəndə ayaqqabı satışı ilə məşğul olan “Clarks” şirkəti (Böyük Britaniya) işçi bağlılığı və maliyyə göstəriciləri arasındakı əlaqəni araşdırmışdır. Komanda pərakəndə satışın planlaşdırılması sistemini idarə edən statistiklərlə işləyirdi. Ümumilikdə, təhlilə 450 biznes performans məlumatı cəlb edilmişdir. Nəticələr həqiqətən də əlaqənin olduğunu göstərdi. Belə ki, daha yüksək işçi bağlılığı daha yüksək biznes performansına gətirib çıxarır. “Clarks”a münasibətdə, işçi bağlılığında hər 1% artımın biznes performansında 0,4% inkişafa səbəb olduğu müəyyənləşdi. Komanda həm kəmiyyət, həm də keyfiyyət baxımından ən yaxşı 100 mağazanın xüsusiyyətlərini təhlil etdi. Onlar aşkar etdilər ki, mağazada optimal komanda ölçüsü var və mağaza menecerinin fəaliyyət müddəti performansın əhəmiyyətli bir göstəricisidir. Bu o demək idi ki, mağaza menecerlərinin tez-tez dəyişdirilməsi zəif performansa səbəb olur. Siz də bu cür təhlillər aparıb biznes performansa təsir göstərən amilləri müəyyənləşdirmək istəyirsinizsə, HR Data Analitika təliminə qoşula bilərsiniz.

Peşəkar inkişafıını marketinq sahəsində hədəf alanların nəzərinə!📣 Yeni sezona bizimlə yepyeni addım atmağa varmısan?🍁 Bəli
Peşəkar inkişafıını marketinq sahəsində hədəf alanların nəzərinə!📣 Yeni sezona bizimlə yepyeni addım atmağa varmısan?🍁 Bəli, bir müddətdir, komanda olaraq üzərində işlədiyimiz sürprizi açıqlamağın vaxtı gəlib çatdı!😌 🎉İnnab Business School olaraq sənə "Marketinq Liseyi"-ini məmnuniyyələ elan edirik.🎉 📍4 aylıq bir periodu əhatə edən bu Lisey aşağıdakı təlimləri əhatə edir👇 1. Ümumi marketinq (giriş) 2. Kateqoriya menecment 3. Ticari maketinq 4. Marketoloqlar üçün Excel analitikası 5. Kommunikasiya 6. Digital Marketinq 7. SMM 8. Brend menecment 🔸Yeni sezonda ilk öncə, özünü qiymətləndir, "Marketinq Liseyi" ilə peşəkar inkişafına dəyər qat!👌🏻

Peşəkar inkişafıını marketinq sahəsində hədəf alanların nəzərinə!📣 Yeni sezona bizimlə yepyeni addım atmağa varmısan?🍁 Bəli
Peşəkar inkişafıını marketinq sahəsində hədəf alanların nəzərinə!📣 Yeni sezona bizimlə yepyeni addım atmağa varmısan?🍁 Bəli, bir müddətdir, komanda olaraq üzərində işlədiyimiz sürprizi açıqlamağın vaxtı gəlib çatdı!😌 🎉İnnab Business School olaraq sənə "Marketinq Liseyi"-ini məmnuniyyələ elan edirik.🎉 📍4 aylıq bir periodu əhatə edən bu Lisey aşağıdakı təlimləri əhatə edir👇 1. Ümumi marketinq (giriş) 2. Kateqoriya menecment 3. Ticari maketinq 4. Marketoloqlar üçün Excel analitikası 5. Kommunikasiya 6. Digital Marketinq 7. SMM 8. Brend menecment 🔸Yeni sezonda ilk öncə, özünü qiymətləndir, "Marketinq Liseyi" ilə peşəkar inkişafına dəyər qat!👌🏻 Təlimə yazılmaq üçün rəydə "+" yazmağın kifayətdir.

Çevik (agile) iş nədir? Çevik iş işçilərə minimal məhdudiyyət və maksimum məsuliyyətlə uğur qazanmağa imkan verən qeyri-mərkəzləşdirilmiş iş metodlarının tətbiqidir. Fiziki məkanlar və ya ənənəvi “iş yeri” anlayışından kənara çıxan çevik iş zaman, məkan, əməkdaşlıq və vəzifə ilə müəyyən edilməyən işə daha sərbəst formada yanaşmadır. Buradakı anlayışlar aşağıdakıları ifadə edir: ⏳ zaman - işçilərin işlədiyi saatlar; 🧭 məkan - işçilərin işlərini icra etdikləri yer; 🤝 əməkdaşlıq – işçilərin birlikdə işləməsi; 👩‍💻 vəzifə - işçilərin gördüyü iş. Çevik iş bu xüsusiyyətlərin heç biri ilə məhdudlaşmır. Beləliklə, çevik iş performansı optimallaşdırmaq və ən yaxşı müştəri xidmətini təqdim etmək üçün maksimum çeviklik və minimum məhdudiyyətləri özündə birləşdirir. Əsas məqsəd işçilərin işə yanaşma tərzində dəyişiklik yaratmaq, daha effektiv məhsul və ya xidmətlərlə nəticələnən daha motivasiyalı işçi qüvvəsi formalaşdırmaqdır. Çevik işlə uzaqdan iş arasındakı fərq nədir❔ Çevik iş uzaqdan işi əhatə edir, lakin uzaqdan iş çevik işlə eyni məna daşımır, sadəcə olaraq onun bir şərtidir. Çevik iş istənilən yerdən işləməyə əsaslansa da, o daha əhatəli iş formasıdır. Çevik iş konsepsiyasında nəticəyə aparan addımlar və elementlərdən çox nəticə özü əhəmiyyət kəsb edir. Çevik işin aşağıdakı üstünlükləri var: ✅ İşçilərə öz işlərinə və nəticələrinə sahib olmaq səlahiyyəti verilir; ✅ Nəticəyə əsaslanan iş adətən daha çox yenilik və məhsuldarlıqla nəticələnir; ✅ İşçilər işdən daha çox məmnundurlar; ✅ İşçilərin məmnuniyyəti artdığı üçün işəgötürən brendi də yüksəlir; ✅ İşçilərin öz vaxtlarını idarə etməsinə güvənildiyi üçün onların tükənmişlik sindromundan əziyyət çəkmək riski minimuma enir; ✅ İşçilər daha innovativ və məhsuldar olduğu üçün müştərilər də daha xoşbəxt olurlar.

🔸Səbəb-nəticə diaqramı kimi də tanınan «Balıq sümüyü» diaqramı problemin potensial kök səbəblərini beyin fırtınası edərək ta
+6
🔸Səbəb-nəticə diaqramı kimi də tanınan «Balıq sümüyü» diaqramı problemin potensial kök səbəblərini beyin fırtınası edərək tapmaq üçün istifadə edilən vizual vasitədir. Komandalar bu səbəbləri balıq sümüyü formalı bir quruluşa yerləşdirməklə problemin arxasında duran ən çox ehtimal olunan səbəbləri effektiv şəkildə müəyyən edə və həll yollarını həyata keçirə bilərlər.✅ Bəs «Balıq sümüyü» diaqramı hansı hallarda istifadə olunur?👇 * Təkrarlanan problemləri həll edib aradan qaldırmaq üçün; * Biznes strategiyasında dəyişikliklərin aydın vizuallaşdırılmaq üçün; * Komandalar arasında əməkdaşlığın artırmaq üçün; 📌Bəs bu diaqramı necə yaratmaq olur? 📍Buyur, «Balıq sümüyü» diaqramının bütün mərhələləri karusellərdədir.

Çoxdandır gözlənilən vebinara son 1 gün qaldı!😁⏳ Ay sonu mühasibatlıq işlərində gərginlik yaşayanlar və mühasibatlığa həvəs
Çoxdandır gözlənilən vebinara son 1 gün qaldı!😁⏳ Ay sonu mühasibatlıq işlərində gərginlik yaşayanlar və mühasibatlığa həvəs göstərənlər sabah sizi gözləyirik.🚀 📌Belə ki, İnnab Business School və UNEC Ömürboyu Təhsil Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində *ödənişsiz* vebinar baş tutacaq.👇 📍10.08.2024-cü il tarixində, saat 19:00-da sadəcə “Google meet” platformasına daxil olmaqla “Mühasibatlığınızı düzgün qurun, ay sonu radara düşməyin!” adlı bu vebinara sən də qoşul! Bu iki saat ərzində mühasiblərin ən çox yaşadıqları çətinlik və onların həll yolundan danışılacaq. Bu vebinarı qaçırma, mühasibatlığın sirlərini sən də öyrən!👌🏻 Qeydiyyatdan keçməyə tələs🏃 Qeydiyyat linki: https://forms.gle/eqCCh4xt5Cc8zw2G8

HR data analitikası ilə xərclərə necə qənaət etmək olar? 13 mart 2015-ci ildə “Wall Street Journal” “Müdirə kimin işdən çıxa biləcəyini söyləyən alqoritm” başlıqlı məqalə dərc etdi. Məqalə “Credit Suisse”in (əsası İsveçrədə qoyulmuş qlobal investisiya bankı və maliyyə xidmətləri firması) kimin şirkəti tərk edə biləcəyini necə proqnozlaşdırdığından bəhs edirdi. Bu, hazırda çox populyar olan kadr axını analitikasının ilk nümunələrindən biri idi. “Credit Suisse”in analitikləri nəinki kimin işdən çıxa biləcəyini proqnozlaşdıra bildilər, həm də bu insanların niyə çıxa biləcəyini müəyyən etməyi bacardılar. Bu məlumat menecerlərə anonim şəkildə təqdim edildi ki, onlar risk faktorlarını azaldıb işçiləri saxlaya bilsinlər. Bundan əlavə, işdən çıxmaq riski yüksək olan yüksək performanslı işçiləri saxlamaq üçün xüsusi menecerlər hazırlandı. Ümumilikdə, bu proqram “Credit Suisse”ə ildə təxminən 70.000.000 dollar qənaət etməyə imkan verdi. Siz də HR data analitikasını öyrənib şirkətinizdə qabaqcıl təcrübələri tətbiq etmək istəyirsinizsə, HR Data Analitika təliminə qoşula bilərsiniz.

Korporativ müştərilərlə işləri sən də sevirsən?😌 Bəs, bunu necə edəcəyini bilirsənmi?🤔 🔸Fikrimizcə, indi edəcəyimiz elan s
Korporativ müştərilərlə işləri sən də sevirsən?😌 Bəs, bunu necə edəcəyini bilirsənmi?🤔 🔸Fikrimizcə, indi edəcəyimiz elan sənə çox maraqlı olacaq!👌🏻 📍Bəli, 24.08.2024 tarixində, saat 20:00-da İnnab Business School və UNEC Ömürboyu Təhsil Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində "Korporativ müştərilərlə iş" adlı vebinarımız baş tutacaq. 📣 📌Onu da qeyd edək ki, *ödənişsiz* şəkildə keçirilməyi nəzərdə tutulan bu vebinarımıza istədiyin yerdən sadəcə "Google Meet" platformasına daxil olmaqla qoşula biləcəksən.✅ Vebinarda korporativ satışın sirlərini öyrənərək artıq müştərilərlə münasibətdə daha rahat olacaqsan!🤝🏻 Qeydiyyat linki: https://docs.google.com/forms/d/1qhA1QLoc7Vep3GKE8l_XOtIrP097AH0rAo-6Zopp0YU/edit

Dəvətimizi Qəbul Edin!📩 Hörmətli HRlar və karyerasını İnsan resursları sahəsində qurmaq istəyənlər, sizi böyük məmnuniyyətlə
Dəvətimizi Qəbul Edin!📩 Hörmətli HRlar və karyerasını İnsan resursları sahəsində qurmaq istəyənlər, sizi böyük məmnuniyyətlə “inhrm.az” səhifəmizə dəvət edirik. İnnab Business School olaraq, peşəkar inkişafı hədəfləyən və çərçivədən uzaqlaşmaq istəyənlər üçün gücümüzü bir araya gətirdik! Bu səhifədə Hrlar üçün faydalı ✅təlimlər, ✅️video dərslər, ✅️məqalələr, ✅️interaktiv testlər, ✅️vebinarlar, ✅️öyrədici kontentlər və daha çoxunu tapa bilərsiniz. Bu platforma sizə İnsan resursları sahəsində irəliləməyinizdə köməkçi olacaq!✨ Elə isə bizə qoşulun! 🙌 Səhifənin linki: https://www.instagram.com/inhrm.az/