ar
Feedback
Sumqayıt 🕊

Sumqayıt 🕊

الذهاب إلى القناة على Telegram

📰 Xəbərlər, məlumatlar, vakansiyalar... 📩️ əlaqə ➢ @ad1000_bot ©️2016 ↪ istinad ➢ telegra.ph/-03-24-2837 @sumqayit adı satılır, əlaqə: @ad1000_bot

إظهار المزيد
846
المشتركون
لا توجد بيانات24 ساعات
-57 أيام
-1930 أيام
أرشيف المشاركات
Sumqayıt Dünya məktəbində vakansiyalar:
İngilis bölməsi: Riyaziyyat fənn müəllimi Design fənn müəllimi Visual art - ingilis və rus dillərinə hakim İbtidai sinif müəllimi Rus bölməsi: Riyaziyyat - fənn müəllimi Fizika fənn müəllimi İnformatika fənn müəllimi Rus dili və ədəbiyyatı - fənn müəllimi Alman dili - ingilis dilinə hakim Tarix-fənn müəllimi Coğrafiya fənn müəllimi İbtidai sinif müəllimi Azərbaycan bölməsi: İbtidai sinif müəllimi Azərbaycan dili və ədəbiyyatı - fənn müəllimi İngilis dili - fənn müəllimi Müraciət üçün: dunyaschool1998@gmail.com mail adresimizə cv-nizi müraciət etdiyiniz vakansiyanı qeyd etmək şərti ilə göndərməyiniz xahiş olunur.
t.me/sumqayit

Sumqayıtda müəllim vakansiyaları
🚀 VIONIX ACADEMY KOMANDASINA MÜƏLLİMLƏR DƏVƏT OLUNUR! Vionix Academy (Sumgait Innovation Hub tərkibində) olaraq komandasın genişləndirir və aşağıdakı ixtisaslar üzrə müəllimlər axtarır: 🔹 SMM 🔹 Digital Marketing 🔹 Mobilografiya 🔹 Qrafik Dizayn 🔹 UX/UI Design 🔹 Web Development 🔹 Arduino 🔹 Robotics for Kids 🔹 AutoCAD 🔹 3D Max 🔹 AI Powered Game Design 🔹 IT Business Analysis Əgər siz öz sahənizdə bilik və təcrübənizi bölüşmək, gələcək mütəxəssislərin yetişməsində rol almaq istəyirsinizsə müraciət edə bilərsiniz. 📍 Dərslər Sumgait Innovation Hub-da keçirilir 🤝 Rahat və inkişaf yönümlü mühit Maraqlanan şəxslər əlaqə saxlaya və ya CV-lərini göndərə bilərlər. Əlaqə: +994 10 234 70 94 info@innovationhub.az
t.me/sumqayit

+1
Sumqayıtda tonqal partlayıb, xəsarət alanlar var. Partlayışa böyük ehtimalla benzin səbəb olub. Böyük tonqal üçün çox miqdarda benzin istifadə edilib və bu da partlayış effekti yaradıb.
Sumqayıtın 9-cu mkr ərazisində isə tonqalın alovu ağaca keçdiyi üçün yanğınsöndürənlər çağırılıb.
t.me/sumqayit

Avtobuslarda yeni qiymətlər müəyyənləşib. ✅ t.me/sumqayit
Avtobuslarda yeni qiymətlər müəyyənləşib. ✅ t.me/sumqayit

Sumqayıt şəhəri “Sülh Plaza”- da aktiv vakansiyalar:
Qeydiyyatçı və Mühafizə 📌 Qeydiyyatçı vəzifə öhdəlikləri: Gələn qonaqların qarşılanması və yönləndirilməsi Zənglərin cavablandırılması Giriş-çıxışın qeydiyyatının aparılması 📌 Mühafizə vəzifə öhdəlikləri: Əraziyə nəzarət Təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi Giriş-çıxışın yoxlanılması 🎯 Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı olan namizədlərə üstünlük verilir. 📩 Müraciət üçün CV-lərinizi office@sulh.az ünvanına göndərə bilərsiniz
t.me/sumqayit

Ramazan ayının təqvimi açıqlanıb: Belə ki, Ramazan ayının ilk günü fevralın 19-na, Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlə
+1
Ramazan ayının təqvimi açıqlanıb:
Belə ki, Ramazan ayının ilk günü fevralın 19-na, Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edəcək. Ramazan bayramı isə martın 20-də olacaq.
t.me/sumqayit

594 və 595 nömrəli ekspres marşrutlarda gedişhaqqı artırılıb:
Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək. 594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi fəaliyyət göstərəcək. Sözügedən marşrutlar istifadəyə verildikdə həmin istiqamətdə alternativlər az idi. Hazırda isə bu istiqamət üzrə yeni yaradılmış 500 və marşrutu uzadılmış 503 nömrəli avtobuslar ötən ildən iki şəhər arasında əsas tələbatı qarşılayır. Bu marşrutlarda tarif dəyişilmir və 80 qəpik səviyyəsində qalır. Bu xətlərdə hazırda ekoloji təmiz CNG mühərrikli və müasir BMC markalı ümumilikdə 41 avtobus istismar olunur. Qeyd edək ki, hər zaman ekspres marşrutlarında qiymət müntəzəm marşrutlardan daha yüksək təyin olunur. Xatırladırıq ki, 594 və 595 nömrəli ekspres marşrutlarında “Neoplan” markalı müasir avtobuslar fəaliyyət göstərir.
t.me/sumqayit

Sumqayıtda kirayə mənzil fonduna yeni mənzillər əlavə olunub:
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sülh küçəsində yerləşən yaşayış kompleksində daha 222 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib. Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır. Yeni mənzillər seçim üçün yanvarın 15-i saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər. Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir. İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 9 077 kirayə müqaviləsi bağlanıb.
Sumqayıt "ASAN xidmət"ləri təmizlənəcək - 1,5 milyon manat ayrılıb:
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bir sıra ASAN xidmət mərkəzlərində təmizlik və əlaqəli xidmətlərin satın alınması məqsədilə müsabiqə elan edib. Satınalma üzrə qiymət 1.459.914,93 azn-dir. Tender 1 saylı Sumqayıt, 2 saylı Sumqayıt, 6 saylı Bakı, Ağcabədi, Şamaxı və Şəki regional ASAN xidmət mərkəzlərini əhatə edəcək. Təkliflərin son təqdimetmə müddəti 21 yanvar 2026-cı il saat 17:00-də, zərflərin açılışı da həmin tarixdə və saatda keçiriləcək.
t.me/sumqayit

Saat 11:00-dan etibarən qaz təchizatında fasilə olacaq:
Buna səbəb şəhərin "Yaşıldərə" yaşayış massivinin bir hissəsində diametri 89 millimetr qaz xəttində aşkar olunmuş sızmalardır. Sözügedən problemin aradan qaldırılması məqsədilə qaz xəttində təmir-bərpa işləri aparılacaq. Ərazidə ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
t.me/sumqayit

Sumqayıtda Bankda Təcrübə Proqramı:
AccessBank-da "Mikro və Aqro Müştərilər üzrə Təcrübəçi (Sumqayıt)" Təsvir: Bankın kredit məhsullarının şərtlərini bilmək və onları potensial müştərilərə izah etmək; Birbaşa əlaqə yaratmaqla yeni müştəriləri cəlb etmək; Digər Bank məhsullarından xəbərdar olmaq və onları öz potensial müştərilərinə tövsiyyə etmək; Bankın kreditləşdirmə prosedurunda tapşırılmış bütün əməliyyatları həyata keçirtmək (kredit ərizəsi, girovun qiymətləndirilməsi, biznesin maliyyə təhlili və s.); Monitorinq aparmaq və portfelin keyfiyyətinə nəzarət etmək; Bankın seminarlarında fəal iştirak etmək; Filialda Mikro və Aqro Müştərilər üzrə Menecer və Filial Müdiri tərəfindən qoyulan bütün tapşırıqları yerinə yetirmək. Tələblər: Ali təhsil; Komandada işləmə bacarığı; Yüksək ünsiyyət qurma bacarığı. Vakansiya haqqında Son tarix: 10 yanvar 2026 Vakansiya növü: Tam ştat Qeydiyyat üçün bağlantı.
t.me/sumqayit

Sumqayıtda güzəştli mənzil satışına start verildi:
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzillərin satışı üzrə elan olunmuş seçmə mərhələsi artıq başlayıb. Mənzil satışı dekabrın 12-si saat 11:00-dək davam edəcək. Belə ki, Sumqayıt Yaşayış Kompleksində 10 mənzil satışa çıxarılıb. Qeyd edək ki, studiya tipli mənzillərin qiyməti 50 200 manat, dördotaqlı mənzillərin qiyməti 105 800 manatdan başlayır.
2026-cı ilin bayram günləri müəyyən edilib:
Martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 20, 21-i Ramazan bayramı, mayın 27, 28-i Qurban bayramı günləri kimi müəyyən edilib.
Sumqayıtda qubadlılı şagirdlərə pulsuz önü bağlanılan cibli jaketlər veriləcək:
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsi "Günteks" şirkəti ilə yeni müqavil bağlayıb. Müqavilədə şagirdlər üçün 42-48 ölçüdə ümumilikdə 9000 ədəd cibli jaket sifariş edilib. Materialı 70% yun, 30% akril olan toxunmuş yun jaketlərin rəngi göydür. Jaketlər Sumqayıtdakı Qubadlı məktəblilərinə də paylanılacaq.
Sumqayıtda 7 və 9 nömrəli avtobusdan istifadə edənlərin nəzərinə:
Sumqayıt Dəmiryol Vağzalı qarşısında yeni yaradılan nəqliyyat mübadilə mərkəzində fəaliyyət göstərən marşrut xətlərinin sırasına daha ikisi əlavə olunub. Artıq 7 və 9 nömrəli marşrut xətlərində istifadə olunan 26 avtobus nəqliyyat mübadilə mərkəzinə hərəkət edəcək. Buna qədər nəqliyyat qovşağında 5 marşrut xətti üzrə (5, 6, 10A, 22, 39 nömrəli) 40 avtobus fəaliyyət göstərirdi. Şəhərin müxtəlif ərazilərindən nəqliyyat mübadilə mərkəzinə hərəkət edəcək marşrutların sayının artırılması nəzərdə tutulub.
t.me/sumqayit

Sumqayıtda yeni avtobus marşrut xətti istifadəyə veriləcək: Məlumata əsasən, 12 noyabr tarixindən 500 nömrəli marşrut xətti f
+1
Sumqayıtda yeni avtobus marşrut xətti istifadəyə veriləcək:
Məlumata əsasən, 12 noyabr tarixindən 500 nömrəli marşrut xətti fəaliyyətə başlayacaq. Sözügedən nəqliyyat vasitəsinin Bakı şəhəri "20 Yanvar" metrostansiyasından Sumqayıt şəhəri istiqamətində, Ceyranbatan qəsəbəsindən keçməklə fəaliyyət göstəriləcəyi bildirilir. "Daşıyıcı şirkət BakuBus MMC olacaq. Xətt üzrə BMC Procity CNG markalı 18 metrlik (4 qapılı) avtobuslar fəaliyyət göstərəcək", - deyə sosial şəbəkələrdə yayılan məlumatlarda öz əksini tapıb. Məsələ ilə bağlı BakuBus MMC-dən bildirildi ki, yeniliklərə dair ətraflı məlumat rəsmi sosial media platformaları vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır. Bir sözlə, yeni avtobus fəaliyyətə başlasa, ətraflı məlumat veriləcək.
t.me/sumqayit

Sumqayıtı və Sarayı Bakı avtovağzalı ilə əlaqələndirən 503 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilir:
Sərnişin axını nəzərə alınaraq noyabrın 1-dən "503"lər Sumqayıtı "20 Yanvar" metrostansiyası ilə əlaqələndirəcək. Başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən götürən marşrutun son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvari küçəsidir. Marşrut xəttində 21 avtobus 8-9 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək. Ödəniş kartladır. Gedişhaqqı 80 qəpikdir.
t.me/sumqayit

Noyabr ayında şənbə və bazar günləri də daxil olmaqla aşağıdakı tarixlər qeyri-iş günləridir:
1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr.
t.me/sumqayit

Sumqayıtda daha 201 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilir:
Yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır. Yeni mənzillər seçim üçün 17.10.2025-ci il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər. Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir. Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür. Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 8255 kirayə müqaviləsi bağlanılıb.
t.me/sumqayit

Azərbaycanda avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edilib. Metro və marşrut avtobuslarında minimum gedişhaqqı 60 qəpik oldu.t.me/sumqayit

Sumqayıt şəhərində yeni marşrut xətti yaradılıb: Əvvəllər yalnız Sumqayıt–Ceyranbatan istiqamətində hərəkət edən 9 nömrəli ma
Sumqayıt şəhərində yeni marşrut xətti yaradılıb:
Əvvəllər yalnız Sumqayıt–Ceyranbatan istiqamətində hərəkət edən 9 nömrəli marşrut xətti yenilənərək fəaliyyət dairəsi genişləndirilib. Artıq bu xətt Sumqayıt–Ceyranbatan–Saray- Sumqayıt marşrutu üzrə sərnişinlərə xidmət göstərəcək. Yeniliklə yanaşı, sərnişinlərin rahatlığı üçün əlavə olaraq 9A nömrəli marşrut xətti də istifadəyə verilib. Yeni xətt Sumqayıt- Saray–Ceyranbatan–Sumqayıt istiqamətində hərəkət edəcək. Xatırladaq ki, redaksiyamıza müraciət edən “Saray MTK”nin sakinləri “522” və “523” nömrəli avtobusların fəaliyyətindən narazılıqlarını, Sumqayıta getməkdə çəkinlik çəkdiklərini bildirmişdilər. 9 və 9A avtobusları isə məhz “Saray MTK”nın önündə keçir. Bununla da vətəndaşların nəqliyyat problemi həll edilmiş sayılır.
t.me/sumqayit

Sumqayıtda əmək yarmarkası keçiriləcək:
Yarmarka Abşeron-Xızı Regional Məşğulluq filialının təşkilatçılığı ilə 24 sentyabr tarixində baş tutacaq. Gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı iştirakçılara təqdim olunacaq. Ünvan və saat: – Sumqayıt şəhəri, məhəllə 44 (“Kimyaçı” Mədəniyyət Sarayı); – Saat 11:00 – 13:00.
Sumqayıtda avtobuslar “brutto müqavilə” sisteminə keçəcək:
Azərbaycanda ictimai nəqliyyatda “brutto müqavilə” sisteminin ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində nağdsız ödəniş sisteminə keçirilmiş sıxılmış təbii qazla və elektrik mühərriki ilə təchiz edilmiş avtobuslara tətbiq ediləcək.
t.me/sumqayit

Sumqayıtda #vakansiya
*TƏCRÜBƏLİ TİKİŞÇİLƏR AXTARILIR!* Fabrikimizə təcrübəli tikişçilər axtarılır! 📍 *İş yeri:* SUMQAYIT TEKSTİL MMC (Məhkəmə kompleskinin arxası) 🕒 *İş qrafiki:* Həftə içi 5 gün, saat 08:30 – 17:30 💰 *Əmək haqqı:* 550 AZN + bonus sistemi 🍽 *Nahar:* Şirkət tərəfindən qarşılanır *TƏLƏBLƏR:* Tikişçi kimi iş təcrübəsi Məsuliyyətli və dəqiq işləmək bacarığı Keyfiyyətli və səliqəli tikiş bacarığı *TƏKLİF EDİRİK:* ✔️ Stabil və peşəkar iş mühiti ✔️ Azərbaycan Respublikasının Əmək Məcəlləsi əsasında rəsmi müqavilə ✔️ Müasir və rahat iş şəraiti ✔️ Maaşa əlavə performans bonusları ✔️ Mehriban və dəstəkləyici kollektiv 📞 Əlaqə nömrəsi: *010-236-48-77* 📩 Müraciət üçün: Zəng edə və ya birbaşa fabrikə yaxınlaşa bilərsiniz. _Sənin bacarığın bizim dəyərimizdir!_
t.me/sumqayit