cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Ailə əxlaqı ❦

🌷 Evlilərə və subaylara göstərişlər, 🌷 Hamilə xanımlara tövsiyyələr, 🌷 Kişi-qadın münasibətləri, 🌷 Uşaq tərbiyəsi, 🌷 Ata-anaya itaət, 🌷 Dahilərdən kəlamlar, 🌷 Ayə, hədis, şəri hökm, 🌷 Qısaca ailə haqqında hər şey. 15-11-2016

إظهار المزيد
مشاركات الإعلانات
2 282
المشتركون
-124 ساعات
+57 أيام
+6030 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
Uşağın isti gülüşü.. Bir ekranın soyuq işığından çıxıb, uşağın isti gülüşünə fokuslanmağı seçə bilərik. Bə'zən, sadəcə əlini tutmaq, gözlərinə baxmaq kifayətdir. Uşağımızla keçirdiyimiz dəyərli anları qaçırmamalıyıq. Birlikdə keçirilən hər an, ömür boyu xatırlanacaq bir xəzinədir... ▁▁▁ Tərcümə etdi və hazırladı:       Elvin Mürtəza Nurşəhri. #Uşaq_tərbiyəsi #Soyuq_ekran #İsti_gülüş ╭──➤  https://t.me/exlaq_channel ╰──────────────────────
إظهار الكل...
5👍 4
Photo unavailableShow in Telegram
Uşaqların xəyallarını qırmaq yerinə, onlara xəyal qurmaq üçün sahə yaradılmalıdır. Prof. Dr. Doğan Cücəloğlunun da dediyi kimi; “Uşaqlarınızı inşa edin, dəstəkləyin, cəsarətləndirin və rəhbərlik edin. Ehtiyyacları olduğu zaman onlara kömək edin.” Bu yanaşma, uşaqlarımızın xəyallarını reallaşdırarkən özlərini əmniyyətdə hiss etmələrinə zəmin yaradar və onların özgüvənli fərdlər olaraq yetişmələrinə qatqısı olar. Hər düşmələrində əllərindən tutun, hər müvəffəqiyyətsizliklərində onların yanlarında olun. Onlara “edə bilməzsən”, “bacarmazsan” demək yerinə, “yoxlamağa dəyər” deyin. Uşaqlarımızın xəyalları, onların gələcəkdəki uğurlarının təməlidir.. ▁▁▁ Tərcümə etdi və hazırladı:       Elvin Mürtəza Nurşəhri. #Doğan_Cücəloğlu #Uşaq_tərbiyəsi ╭──➤  https://t.me/exlaq_channel ╰──────────────────────
إظهار الكل...
👍 7
Photo unavailableShow in Telegram
Kiçik görünən işlər.. Məhərrəmə boyanaq.. Məhərrəm ayında hər hansı proqram həyata keçirmək və evdə əzadarlıq təşkil etmək yaddan çıxmasın. Məsələn, maşınına, evinə qara bağla, evində xərci bir neçə stəkan çay olan kiçik bir rövzə məclisi təşkil et və s. De: “Biz əzadarıq.” Ən azından evdəki övladın başa düşəcək. Bunların müsbət təsiri var. Bu kiçik görünən, amma təsiri böyük olan işlərin nəticəsini Qiyamətdə görəcəyik. © Ustad Əlirza Pənahian. #Məhərrəm ╭──➤  https://t.me/exlaq_channel ╰──────────────────────
إظهار الكل...
5👍 2
Ruzini, nigah ilə axtarın — HƏDİS. Nigah, ruzinin artma səbəblərindən biridir. Lakin insanlar, bunun mahiyyətini anlamırlar. O (nigah), gözəl bir düşüncədir. Sən iffətli olmağı istədiyin zaman, Allah (əzzə və cəll) sənə ruzi qapılarını açar. Sənin və həyat yoldaşının ruzisi gələr. İbn Abbasın rəvayət etdiyi bir hədisdə, Sevgili Peyğəmbərimiz Həzrət Məhəmmədin (salləlləhu əleyhi və alih) “Ruzini, nigah ilə axtarın” – sözüdür. Sən salehə bir həyat yoldaşı ilə evlənməyi düşündüyün zaman düşüncəni gizlə və təfəkkür et. Budur, artıq ruziləndirilmişlərdənsən. Aişə xanım Həzrət Rəsulullahdan (salləlləhu əleyhi və alih) rəvayət etdiyi hədisdə deyilir: “Qadınlar ilə evlənin. Əlbəttə ki, onlar, sizə malları ilə gələrlər.” (Yəni, ruziləri ilə gələrlər.) Ey Gənclər! Evlənin! Allahın (əzzə və cəll) bir əmri olaraq nigahlanın və sizlərə vəd etdiyi zənginliyə hazır olun. Allah Mütəal belə əmr etmişdir: بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ. وَأَنْكِحُوا الْأَيَامَىٰ مِنْكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَائِكُمْ ۚ إِنْ يَكُونُوا فُقَرَاءَ يُغْنِهِمُ اللَّهُ مِنْ فَضْلِهِ ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ. «(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir.» (Nur, 32) ▁▁▁ Tərcümə etdi və hazırladı:       Elvin Mürtəza Nurşəhri. #Nigah #Ruzi #Təfəkkür ╭──➤  https://t.me/exlaq_channel ╰──────────────────────
إظهار الكل...
4👍 3
Səni sübh namazına oyatsa belə icazəli deyil. ⁉️ Şəxs: Şeyx, bir sualım var. ✔️ Şeyx: Buyur. ⁉️ Sual: Mən bir qızla danışıram, niyyətim də onunla evlənməkdir. Münasibətimizdə şəhvət və haram şeylər yoxdur. Bu icazəlidirmi? ✔️ Cavab: Sənə Qur'an öyrətsə belə, icazəli deyil. ⁉️ Şəxs: Xeyr, əlhəmdulillah, biz mövzuda həssasıq. Lakin bizim münasibətdə şəhvət və günah da yoxdur. ✔️ Şeyx: Səni sübh namazına qaldırsa belə, icazəli deyil. ⁉️ Şəxs: Yox, yəni elə deyil. ✔️ Şeyx: Allah səni bərəkətli etsin əziz qardaşım, məni dinlə; Allah eşqinə söylə, bu (etdiyinin) bacına da edilməsini istəyərsənmi? ⁉️ Şəxs: Xeyr, xeyr, təbii ki, yox. ✔️ Şeyx: Bax, özün üçün razı olduğun şeyləri, başqaları üçün razı olmursan. ▁▁▁ Tərcümə etdi və hazırladı:       Elvin Mürtəza Nurşəhri. ╭──➤  https://t.me/exlaq_channel ╰──────────────────────
إظهار الكل...
👍 8 3
Bu 5 şeyi edən bir qadın tapın.. 1.     Başqalarına sizi nə qədər çox sevdiyini göstərməkdən çəkinməyən qadın, 2.     Uzaqda yaşayan, amma sizi heç aldatmamış, xəyanət etməmiş bir qadın, 3.     Sizi sadəcə bir sevgili olaraq deyil, həm də həyat yoldaşı olaraq görən bir qadın, 4.     Sizə bir kral kimi davranan bir qadın, 5.     Sırf sizə hörmət etdiyi və qərarlarınızı diqqətə aldığı üçün icazə istəyən qadın.. Bunları edən bir qadını əsla qaçırmayın.. ▁▁▁ Tərcümə etdi və hazırladı:       Elvin Mürtəza Nurşəhri. ╭──➤  https://t.me/exlaq_channel ╰──────────────────────
إظهار الكل...
👍 7 3
Qadınların haqqı var! Evin bütün işləri ilə onlar məşğul olur. Evə təkəbbürlü bir formada gəlib bunları demə: “Yeməyim hanı?”, “Bu evdə nə baş verib?”, “Onu (bunu) gətir”, “Niyı bunu etmədin?” Səssiz ol, qızı rahat burax. “Pərdə niyə belədir?”, “Nə edirsən ki?”, “Bunu niyə düzəltmədin?” demə! O, SƏNİN ÜÇÜN BUNLARI ETMƏK MƏCBURİYYƏTİNDƏ DEYİL! HEÇ BİRİNİ! «Kişilər qadınların üzərində ixtiyar sahibidir (hakimdir)» ayəsi, qadının komandirisən mənasına gəlmir! Xeyr, əksinə ona qarşı məsuliyyətin var. Yəni, işləməsinə ehtiyyac yoxdur, bir fincan belə götürməsi, qaldırması (onun üçün) lazım deyil. Hər hansı birini etməsinə gərək yoxdur. Paltarlarını yumaq məcburiyyətində deyil, ütüləmək məcburiyyətində deyil, kirli qab-qacaqları yumaq məcburiyyəti yoxdur, yemək bişirmək məcburiyyəti yoxdur, ümumiyyətlə bunları etmək məcburiyyətində deyil. “Bu, onun işidir” – deyə bir şey yoxdur! Evində xidmətçiyə ehtiyyacın varsa, get xidmətçi tut. Xanımın bütün bunları edirsə (bu işləri görürsə), bu, onu Allah qatında dəyərli və uca edər. Amma onunla evlənməyin, sənə xidmət edəcək bir kölə almaq deyildir. Əgər bunları sənin üçün edirsə, bu, onun şərəfidir və xeyrinədir. Ərinin razılığını istəyirsə, bunları etməlidir. Çünki, ərin razılığı hara aparır? Allahın razılığına... Ərinin razılığı, Allahın razılığına aparır. (Yəni, ərin razılığı, Allahın razılığıdır — Hədis) ▁▁▁ Tərcümə etdi və hazırladı:       Elvin Mürtəza Nurşəhri. ╭──➤  https://t.me/exlaq_channel ╰──────────────────────
إظهار الكل...
👍 9 2😢 2
“Evdə qaldın” – sözünü tez-tez eşidirsənsə, OXU! Yaşıdların evlilik hazırlığı edərkən sənin üçün üfüqdə görünən bir şey yoxdur deyə narahat olma. Hər kəsin evlilik vaxtının fərqli olduğunu bilməlisən. Əlindən gələn səyi göstərib, dəyərləndirmələri edib, dua edirsənsə, geri qalanı Rəbbimizdədir. O, sənin üçün uyğun və ən doğru zamanı biləndir.  Qəzavo-qədər sənin istədiyin zamanda deyil, Rəbbimizin təyin etdiyi zamanda təcəlla edəcəkdir. “O namizədi qaçırmasaydım, belə olmazdı” – kimi cümlələr qurmaq bizi ümidsizliyə sövq edər. Bə'zən bir şeyi əldən verdiyimizi düşündüyümüz zaman qarşıdakı nemətin bizim üçün daha gözəl olduğunun fərqində ola bilmərik. Bunun üçün də günlərimizi sızlanaraq keçirmək yerinə, özümüzü inkişaf etdirib xarakterimizi düzəltməyə baxaq.. ▁▁▁ Tərcümə etdi və hazırladı:       Elvin Mürtəza Nurşəhri. ╭──➤  https://t.me/exlaq_channel ╰──────────────────────
إظهار الكل...
5👍 3
Zifaf (toy gecəsi) ədəbi. 🌸     Allah Rəsulu (salləlləhu əleyhi və alih) : “Üç şey zülmdəndir: “Biri ilə dost olduğu halda adını və künyəsini soruşmamaq; yeməyə dəvət edildiyi zaman icabət etməmək və ya icabət etdiyi halda yeməmək və insanın həyat yoldaşı ilə oynaşmadan tez cinsi əlaqəyə girməsi.” 🌼     İmam Cəfər Sadiq (əleyhissəlam) : “Üç şey Peyğəmbərlərin sünnətlərindəndir: Gözəl ətir, saçları qısaltmaq və qadının cinsi ehtiyyacını ödəmək.” 🌸     İslam peyğəmbəri (salləlləhu əleyhi və alih) : “Bu gün oruclusan? ” O şəxs, “Xeyr” deyincə , “Bir xəstəni ziyarət etdinmi? ” O şəxs, “Xeyr, bir cənazə mərasimində iştirak etdim.” Rəsulullah (s): “Bir fəqiri doyurdunmu? ” O şəxs, “Xeyr” deyə cavab verdiyi an Həzrət (s) belə buyurdu: “O halda əhlinə qayıt və həyat yoldaşınla (cinsi) münasibətdə ol.. Çünki bu sənin üçün onlar haqqında bir sədəqədir.” ▁▁▁ #Toy_gecəsi #Zifaf_gecəsi #Cinsi_əlaqə #Cinsi_yaxınlıq ╭──➤  https://t.me/exlaq_channel ╰──────────────────────
إظهار الكل...
👍 5 2
Həyat yoldaşı seçimində diqqət olunmalı nüanslar.. ___ ◕ Nə istədiyimizi təyin etməliyik. Nə istədiyini bilən kəs, özünü daha yaxşı tanıyar və bir iş üçün daha asan qərar verər. ◕ Anlaşa bilmək mühümdür. Qarşılıqlı anlaşa bilmək mühümdür. Görüşlərdən əvvəl qarşımızdakı insanla anlaşıb, anlaşa bilməyəcəyimizə dair suallar təyin etmək lazımdır. ◕ Gözə də, könülə də xitab etməlidir.. Birlikdə bir ömür keçirəcəyimiz insanı seçirik deyə, (ona) qəlbimizin də isinməsi vacibdir. ◕ Ata-ana rizası olmalıdır.. Ata-ana razı edilərək başından etibarən halal cizgilər daxilində olan bir iş, sonrasında da huzur gətirəcəkdir. ◕ Din ön planda tutulmalıdır.. Allah-Təalanın əmr və qadağalarına tabe olan biri ilə olmalıdır. ▁▁▁ Tərcümə etdi və hazırladı:       Elvin Mürtəza Nurşəhri. ╭──➤  https://t.me/exlaq_channel ╰─────────────────────
إظهار الكل...
5👍 4
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.