cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Guney AZfront

O taylı, bu taylı Azərbaycanımız!

Ko'proq ko'rsatish
Reklama postlari
4 340
Obunachilar
-524 soatlar
+207 kunlar
-7930 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

​​İranın Ali Rəhbərinin iki mümkün varisi: biri öldü, digərini Xamenei özü istəmir Prezident Rəisi İranın Ali Rəhbəri Xameneinin iki mümkün varisindən biri idi, lakin altı ay əvvəl Ekspertlər Şurası populyarlığının azalması səbəbindən onu kənarlaşdırdı. Bu barədə “Reuters” yazır. Qeyd olunur ki, ikinci namizəd Xameneinin oğlu Müctəbadır ki, onun namizədliyi Ayətullahın özü tərəfindən dəstəklənmir. Səbəb isə 1979-cu il İslam İnqilabı zamanı monarxiyanın devrildiyi ölkədə irsi idarəçiliyi istəməməsidir. “Xameneinin irsi idarəçiliyə qarşı çıxması Müctəba Xamenei və İraqın Nəcəf şəhərində yaşayan İslam Respublikasının banisinin nəvəsi Əli Xomeyninin namizədliklərinin aradan qaldırılmasına gətirib çıxaracaq”, – deyə mənbə qeyd edir. “Rəisinin ölümü hazırda başqa namizədi olmayan rəhbərliyə zərbədir”, – deyə başqa bir mənbə vurğulayıb. Sonuncunun fikrincə, Rəisinin hazırkı Ali Rəhbəri əvəzləməyə hazırlanmasına baxmayaraq, Xameneinin özünün niyyətlərinin dəqiq nədən ibarət olduğu məlum deyil. Ekspertlər Şurası İranda ölkənin Ali Rəhbərini seçən xüsusi dövlət orqanıdır. #İran
Hammasini ko'rsatish...

00:29
Video unavailableShow in Telegram
Helikopter qəzasında vəfat edən Təbriz şəhərinin cümə imamı Əli Həşimin atasının kədəri
Hammasini ko'rsatish...
1
Photo unavailableShow in Telegram
Türkiyə Prezidenti İrana getməyəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın mərhum Prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirak etmək üçün İrana səfər edəcəyi barədə məlumat doğru deyil. Bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının bəyanatında bildirilib. Qeyd edək ki, mayın 22-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin dəfn mərasiminə qatılmaq üçün Məşhədə gedəcəyini açıqlamışdı. Səfərlə bağlı Türkiyə mediasında dərc edilən xəbərlər səhifələrdən silinib. #İran #Turkiye
Hammasini ko'rsatish...
00:58
Video unavailableShow in Telegram
Tehranda helikopter qəzasında vəfat edən İran Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian ilə vida mərasimi keçirilir. İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin icra başçısı Malik Rəhməti mayın 19-da Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olublar. #İran #RaisiQeza
Hammasini ko'rsatish...
Helikopter qəzasında vəfat edən Təbriz şəhərinin cümə imamı Əli Həşimin dəfn mərasimi başlayıb. Din xadiminin nəşi Təbrizin əsas küçələrindən keçirilərək torpağa tapşırılacaq. İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin icra başçısı Malik Rəhməti mayın 19-da Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olublar. #Tabriz #RaisiQeza
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
Avropa Birliyi İrana qarşı sanksiyaları genişləndirəcək Avropa Birliyi (AB) tərəfindən İrana qarşı sanksiyaların siyahısı genişləndiriləcək. Bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, AB ölkələri 10 hüquqi və fiziki şəxsin sanksiyalar siyahısına daxil edilməsinə razılıq verib. Sanksiyaların tətbiqinin dəqiq tarixi barədə məlumat verilmir. #İran
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
Türkiyə İran rəsmiləri tərəfindən Rəisini daşıyan vertolyotun qalıqlarının “İran PUA-ları tərəfindən tapıldığını” açıqlamasına reaksiya verib Türkiyənin nəqliyyat naziri Yaşar Gülər: ““Akıncı” pilotsuz uçan aparatımız İbrahim Rəisi daşıyan helikopterin qalıqlarını tapıb və onun koordinatlarını İran rəsmilərinə göndərib. Türkiyə pilotsuz təyyarələrinin patrulu zamanı Şərqi Azərbaycan səmasında başqa pilotsuz aparatlar olmayıb. İran hakimiyyətinin vertolyotun qalıqlarının İran qüvvələri tərəfindən tapıldığına dair iddialar irəli sürür. İran hakimiyyəti ilə bu sözlü münaqişəyə özümüzü qatmayacağıq, qonşuluq borcumuzu yerinə yetirmişik”. #İran #Turkiye
Hammasini ko'rsatish...
2👍 1
01:26
Video unavailableShow in Telegram
“Milli fəalların məhkəmələri açıq və şəffaf keçirilməlidir” aksiyaya daha bir milli fəal qoşulub Azərbaycanlı siyasi məhbusların barələrində aparılan məhkəmə prosesinin açıq və şəffaf şəkildə keçirilməsi tələbi ilə aksiya geniş vüsət alıb. Sözügedən aksiyaya Azərbaycan Milli Müqavimət Təşkilatının qadın qolunun üzvü Soheila Azizi qoşulub. #millifeal
Hammasini ko'rsatish...
00:57
Video unavailableShow in Telegram
İran bu gün: qadınlar məcburi hicaba “YOX” deyirlər İranın müxtəlif bölgələrində qadınlar azad geyimdə gəzirlər. Molla rejiminin səylərinə baxmayaraq, bunun qarşısını almaq mümkün deyil. #İran #hicab
Hammasini ko'rsatish...
👍 1
Güney Azərbaycanda kəndlilər həbs ediliblər Şərqi Azərbaycan əyalətinin Sərəskənd (farsca – Həştrud) bölgəsinin bir neçə kəndində həbslər həyata keçirilib. Bu barədə yerli hüquq müdafiəçiləri həbs olunanların ailələrinə istinadən məlumat yayıblar. Saxlanılanların Xoca Uyğur, Bayat, Ləmşan və Xorasanlı kəndlərinin sakinləri olduğu bildirilib. Onlar bölgədə hökumət ünsürlərinə bağlı Qum və Çınqıl Zavodlarının qaydasız fəaliyyəti nəticəsində Qaranquçay çayının istiqamətinin dəyişməsinə etiraz ediblər. Narazı kəndlilər həmin müəssisələr səbəbindən əkin və bağ sahələrinin ciddi ziyan gördüyünü bildiriblər. Saxlanılanlardan cəmi 5-nin – Rəhmət Səidi, Cəfər Şərifi, Davud Şərifi, Hadi Şərifi və Aqil Talibinin kimliyini dəqiqləşdirmək mümkün olub. #GuneyAzerbaycan #etiraz
Hammasini ko'rsatish...
😢 2